Slimfit
  1. AZƏRBAYCAN

​"İcbari tibbi sığorta 2020-ci ildən ölkə miqyasında tətbiq ediləcək" - Əli Əhmədov

​"İcbari tibbi sığorta 2020-ci ildən ölkə miqyasında tətbiq ediləcək" - Əli Əhmədov
Sakura

​"İcbari tibbi sığorta 2020-ci ildən ölkə miqyasında tətbiq ediləcək" - Əli Əhmədov

"İcbari tibbi sığorta 2020-ci ildən ölkə miqyasında tətbiq ediləcək".

Metbuat.az-ın məlumatına görə, bunu Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının icra katibi, sədr müavini Əli Əhmədov jurnalistlərə açıqlamasında bildirib: "Ölkənin 3 regionunda - Mingəçevir, Yevlax, Ağdaşda icbari tibbi sığorta pilot layihələri çərçivəsində həyata keçirilir. Bu pilot layihələrin göstərdiyi nəticə ondan ibarətdir ki, birincisi insanların buna çox ehtiyacı var. İkincisi isə artıq pilot layihələr həyata keçirilərkən böyük bir təcrübə əldə edilib. Prezident İlham Əliyevin Sərəncamı ilə 2020-ci ildən artıq bütün ölkə miqyasında İcbari tibbi sığorta tətbiq ediləcək. 2019-cu il buna hazırlıq mərhələsi kimi qiymətləndirilə bilər. O ki, qaldı xəstəxanaların İcbari tibbi sığortaya hazır olması məsələsinə qarşıda duran 1 il ərzində bütün xəstəxanaların bu istiqamətdə hazırlanması ilə əlaqədar lazım olan bütün işlər aparılacaq. İnanıram ki, pilot layihələri zamanı qazanılmış təcrübə kifayət edir ki, xəstəxanalar bunun üçün hazırlansınlar. İnanıram ki, Azərbaycanın İcbari tibbi sığorta sahəsindəki təcrübəsi kifayət qədər uğurlu olacaq və vətəndaşlarımız ehtiyac hiss etdikləri bu məsələdən faydalana biləcəklər".

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Abdulla Şaiq ailəsi ilə, 1925-ci il...

Redaktor seçimi

SON XƏBƏRLƏR