Slimfit
  1. CƏMİYYƏT

İcazəsiz reklam yayan obyektlərin sayı açıqlanıb

İcazəsiz reklam yayan obyektlərin sayı açıqlanıb
Sakura

İcazəsiz reklam yayan obyektlərin sayı açıqlanıb

2019-cu ərzində ölkə üzrə açıq məkanda reklam yerləşdirilməsinə dair sahibkarlarla bağlanılmış icazə müqavilələri əsasında 57 494 reklam daşıyıcısına icazə sənədləri verilib.

Ens.az "Report"-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Reklam Agentliyinin (ADRA) 2019-cu il üzrə hesabatında bildirilib.

Qeyd olunub ki, il ərzində açıq məkanda icazə sənədləri olmadan reklam yayımlayan obyektlərin (sahibkarlıq subyektlərinin) müəyyən olunması məqsədilə monitorinqlərin aparılması nəticəsində Bakı və Sumqayıt şəhərlərində, həmçinin Abşeron inzibati rayonunda ümumilikdə 3 800-ə yaxın obyektə baxış keçirilib.

Müvafiq icazə sənədləri olmadan açıq məkanda reklam yayımlayan 1 835 obyekt aşkar edilib.

Eyni zamanda, estetik cəhətdən yararsız və ümumi görünüşə xələl gətirən reklamların, həmçinin müvafiq qanunvericilik aktları ilə qadağan olunmuş reklamların yayımının müəyyənləşdirilməsi və aradan qaldırılması məqsədilə əlavə monitorinqlər aparılıb.

Nəticədə 3 518 halda estetik cəhətdən yararsız və ümumi görünüşə xələl gətirən, habelə 328 halda müvafiq qanunvericilik aktları ilə qadağan olunmuş reklamların açıq məkanda yayımlanması faktı aşkar edilib.

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şuşada Molla Pənah Vaqifin ağacdan oyma heykəli -1985-ci il

Redaktor seçimi

SON XƏBƏRLƏR