Slimfit
  1. MEDİA

“İbtidai sinif müəllimləri üçün keyfiyyətin qiymətləndirilməsi metodlarının öyrənilməsi” layihəsi uğurla yekunlaşdı

“İbtidai sinif müəllimləri üçün keyfiyyətin qiymətləndirilməsi metodlarının öyrənilməsi” layihəsi uğurla yekunlaşdı
Sakura

“İbtidai sinif müəllimləri üçün keyfiyyətin qiymətləndirilməsi metodlarının öyrənilməsi” layihəsi uğurla yekunlaşdı

14 dekabr 2020-ci il tarixində Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təhsildə İnkişaf və İnnovasiyalar üzrə IV Qrant müsabiqəsinin qalibi olmuş “İbtidai sinif müəllimləri üçün keyfiyyətin qiymətləndirilməsi metodlarının öyrənilməsi ” adlı layihənin bağlanış mərasimi keçirildi.

Layihənin bağlanış mərasimi və son təlimi eyni gündə həyata keçirildi. Layihəərzində 1 açılış, təqdimat, hər biri 2 gün keçirilmək şərti ilə 4 təlim, yəni ümumilikdə 8 təlim keçirilmişdir. Layihənin bağlanış mərasimi və son təlim günündə layihənin komanda üzvləri, layihə rəhbəri Günel Yusifzadə, ekspert Etiram Sadıqzadə, koordinator Şəmistan Abdullayev, təlimçi İradə Zülfüqarova, 25 ibtidai sinif müəllimi iştirak etmişdir.

Əvvəlcə layihə rəhbəri Günel Yusifzadə öz çıxışında layihə haqqında qısa məlumat verdi. Layihənin Təhsil sistemimizə necə müsbət təsirlər bəxş edəcəyi haqqında maraqlı informasiyaları iştirakçılara informasiya verdi.Təhsil Nazirliyinin Qrant müsabiqəsi barəsində məlumatı tədbir iştirakçılarının diqqətinə çatdırdı.

Daha sonra layihənin eksperti Etiram Sadıqzadə çıxış edərək hər kəsi salamladı, layihənin gedişatı və iştirakçılara hansı istiqamətdə və nə dərəcədə təsir etməsi barədə məlumat verdi. Layihənin gedişatının gözlənildiyindən daha yaxşı olduğunu, iştirakçıların həqiqətən də bu layihədən maarifləndiyini söylədi.

Koordinator Şəmistan Abdullayev öz nöbəsində layihənin icra müddətində görülən işlər barəsində tədbir iştirakçılarına məlumat verdi. Layihənin məqsədi və vəzifəsi haqqında danışdı, gözlənilən nəticəni aldıqlarını söylədi. Layihədə 25 ibtidai sinif müəlliminin iştirakı ilə keçirilməsi nəzərdə tutulan təlimlərdə 25 müəllimin iştirakı təsdiqləndi, bu da layihəyə göstərilməli olan diqqətin öz əksini tapdığını göstərən nüanslardan biridir.

Bundan sonra layihənin təlimçisi İradə Zülfüqarova tədbir iştirakçılarını salamlayaraq özünü təqdim etdi, İkinci Qarabağ Müharibəsinin qalibiyyəti münasibəti ilə bütün iştirakçıları təbrik etdi, müəllimlərlə birlikdə Şəhidləri yad etdi. Təlimçi olaraq bu günə kimi keçirilmiş “Milli Qiymətləndirmə”, “Beynəlxalq Qiymətləndirmə”, “İnteraktiv Qiymətləndirmə” təlimləri və onlardan əldə olunan nəticələr haqqında iştirakçıları məlumatlandırdı. Sonra müəllimləri ”Elektron Qiymətləndirmə” adlı təlimin mövzusu ilə tanış etdi.

Sonda layihə rəhbəri Günel Yusifzadə çıxış edərək bütün layihə iştirakçılarına iştirak etdikləri üçün öz təşəkkürünü bildirdi, gələcəkdə yetişdirəcəkləri şagirdlərin yararlı şəxsiyyət olmaları üçün əllərindən gələni edəcəklərindən əmin olduğunu söylədi.Öyrəndikləri qiymətləndirmə metodlarından gələcək təlim-tərbiyə işlərində, tədris prosesində istifadə etmənin əhəmiyyətindən danışdı və hər kəsə gələcək fəaliyyətlərində uğurlar arzuladı.

 

Hörmətlə,

Etiram Sadıqzadə

"Gələcək Gənclərlə Gələcək" Gənclər İctimai Birliyinin sədri 

Mingəçevir Regional Debat Mərkəzinin sədri 

Əlaqə: 

Telefon:       (055) 889-77-70 

Whatsapp:  (051) 889-77-70

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Yəhudi alimlər sübut edib ki, bir insan 3 gün davamlı yuxuya gedib yatarsa, o zaman o ayılanda kim olduğunu unudar!

Redaktor seçimi

SON XƏBƏRLƏR