Slimfit
  1. İDMAN

İbrahimoviç “Milan”la müqavilə bağladı

İbrahimoviç “Milan”la müqavilə bağladı
Sakura

İbrahimoviç “Milan”la müqavilə bağladı

“Los-Anceles Qalaksi”nin sabiq hücumçusu Zlatan İbrahimoviçin İtaliyanın “Milan”a transferi tam rəsmiləşib. Matc.az xəbər verir ki, isveçli forvard sabiq klubu ilə 6 ay + 1 il  müddətinə müqavilə imzalayıb.
 
Bu barədə A Seriyası nəhənginin mətbuat xidməti məlumat yayıb. 38 yaşlı forvard Milan təmsilçisinə azad agent kimi keçib. O, köhnə-yeni komandasında 21 nömrəli formanı geyinəcək. Zlatan yanvarın 6-da “Sampdoriya” ilə A Seriyası matçında meydana çıxa biləcək.
 
İsveç yığmasının sabiq forvardı 2010-2012-ci illərdə “Milan”ın formasını geyinib. Həmin dövrdə İtaliya çempionu olan Zlatanın komandası ondan sonra qızıl medala həsrətdi.
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Nizami Gəncəvi

Redaktor seçimi

SON XƏBƏRLƏR