Dərc edildi: Baxış sayı: 575
İbrahimoviç İtaliyaya qayıtdı
"Milan" klubunun futbolçusu Zlatan İbrahimoviç İtaliyaya gəlib.
Ens.az "Report"un məlumatına istinadən xəbər verir ki, 38 yaşlı hücumçu iki həftəlik karantindən sonra komanda ilə məşqlərə qatılacaq.
İbrahimoviç İtaliya A Seriyasının koronavirus pandemiyası ilə əlaqədar dayandırılmasından sonra vətəni İsveçə qayıtmış və "Hammarbü"nün heyətində məşq etmişdi. Bu, ölkədə 50-dək insanın iştirakı ilə kütləvi tədbirlərə icazənin verilməsi ilə əlaqədar idi.
Qeyd edək ki, Zlatan İbrahimoviç 2019/2020 mövsümündə "Milan"da 10 oyuna 4 qol vurub və 1 məhsuldar ötürmə edib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət