İbrahim Tahir - Kim mənim tək fikri-zülfündən belə Məcnun olur
Kim mənim tək fikri-zülfündən belə Məcnun olur,
Ruzü şəb həmdərdi vəhşi, məskəni hamun olur?
Gər desəm ərərdürür qəddin sənin, səhv etmişəm,
Sərvü ərər, dilbəra, qanda belə mövzun olur?
Mürşidi-meyxanə qəm dəfinə mey təcviz edər,
Mən bu qana dönmüşü içkəc, qəmim əfzun olur.
Təxti-naz üzrə gedərsən xabi-nazə naz ilə,
Firqətində hali-aşiq bilməyirsən çun olur?
Arizin dövründə xalın öyrə rənadır sənin,
Həsrətindən gülşən içrə lalələr dilxun olur.
Söylə, yəğma eyləsin könlüm o çeşmi-məstinə,
Xəlq içində məst olan hər barədən mövzun olur.
Mərhəmət çeşmilə bir bədbəxtə gər qılsan nəzər,
Ol kəsin bişəkkü şübhə taleyi məmnun olur.
Nə təəccüb, Tahirin olsa qiyamət sözləri,
Qaməti-rənayə, maildir, sözü mövzun olur.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət