Slimfit
  1. QƏHRƏMANLAR VƏ ŞƏHİDLƏR

İbrahim Məmmədov İsmayıl oğlu

İbrahim Məmmədov İsmayıl oğlu
Sakura

DOĞUM TARİXİ: 20/12/1958 VƏFAT TARİXİ: 16/02/1994

20 dekabr 1958-ci ildə Naxçıvan şəhərində dünyaya göz açmışdır. 1976-cı ildə 3 saylı Naxçıvan şəhər orta məktəbini bitirmişdir. Bir il Su Tikinti İdarəsində işlədikdən sonra, 1977-ci ildə hərbi xidmətə çağırılmışdır. Ordu sıralarında xidmət edərkən PDM hərbi texnikasının birinci dərəcəli tuşlayıcı-operatoru ixtisasına yiyələnmişdir. 1979-cu ildə ordudan tərxis olunaraq Moskvaya gedir və avtomobil zavodunda əmək fəaliyyətinə başlayır. Moskvada yaşayıb işləyə-işləyə, 1988-ci ildə Bakı Dövlət Universitetinin tarix fakültəsinin qiyabi şöbəsinə daxil olur. 1993-cü ildə təhsilini başa vurur.

Azərbaycanda baş verən hadisələr, Qarabağdan gələn həyəcanlı xəbərlər onu vətənə dönməyə məcbur edir. O, hələ 1990-cı ildə Bakıda törədilən Qanlı Yanvar faciəsinə qarşı öz haqq səsini qaldırmış, Azərbaycan həqiqətlərinin dünyaya yayılmasında fəal iştirak etmiş, Moskvada təşkil edilən mitinqlərdə, yığıncaqlarda səslənən məlumatları olduğu kimi ictimaiyyətə çatdırmışdı.

İbrahim Məmmədov Xocalı faciəsindən sonra ailəsini də götürüb Bakıya gəlir. Azərbaycanda Könüllü Batalyonlardan birinin tərkibində döyüşlərə atılır. İ.Məmmədov Könüllü Batalyonlar ləğv edildikdən sonra 1993-cü ildə Milli Orduda bölük komandiri kimi öz fəaliyyətini davam etdirir. O, yeni yaradılmış hərbi hissədə əsgərlərin təlimi ilə ciddi məşğul olur. Çox keçmir ki, öz bölüyü ilə Kəlbəcərə yollanır. Onun komandirliyi altında strateji əhəmiyyətli bir yüksəklik düşməndən azad edilir. Ermənilər həmin gün 15 nəfərə yaxın itki verərək geri çəkilirlər.

Cəsur döyüşçü 1994-cü il fevralın 16-da Kəlbəcərin strateji yüksəkliklərindən biri uğrunda gedən ölüm-dirim mübarizəsində düşmənin 3 tankını və xeyli canlı qüvvəsini sıradan çıxarır. Son anda snayper gülləsinə tuş gəlir. O, aldığı yaradan həlak olur.

 Ailəli idi. İki övladı var.

Azərbaycan Respublikası prezidentinin 20 iyun 1994-cü il tarixli 156 saylı fərmanı ilə Məmmədov İbrahim İsmayıl oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.

Naxçıvan şəhərinin Şəhidlər xiyabanında dəfn edilmişdir.

 

Mənbə: Milliqahramanlar.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!
загрузка...

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1959-cu ildə çəkilmiş Ayın əks tərəfinin ilk görüntüsü. Şəkil "Luna-3" sovet kosmik aparatı ilə çəkilmişdir.

Redaktor seçimi

SON XƏBƏRLƏR