Dərc edildi: Baxış sayı: 3682
İbrahim bəy Azər - Məgər, ey bivəfa, hec yar olanlar yarı sormazlar
Məgər, ey bivəfa, hec yar olanlar yarı sormazlar?
Əsiri-möhnəti-qürbət olan biman sormazlar?
Məgər qayib olan yarı xəyala bir gətirməzlər?
Məgər gözdən düşüb yaddan cıxan əfkarı sormazlar?
Qəmi-zulfu rusunla gecə-gunduzum kecir yeksan,
Məgər, ey əhdu peymansız, belə qəmxarı sormazlar?
Səba, izhar qıl ol qoncələb yarə bu peyğamım,
Nolub rəsmi-vəfa butlərdə, bu əsrarı sormazlar?
Təəccüb kim əzəl katiblərindən bu vəfa əhu
Necün yoxdur vəfa butlərdə, bu əsrarı sormazlar?
Xəyali-nərgisi-məstuqəmi-zulfi-siyahınla
Gecələr sübhədək fəryad edən biman sormazlar?
Nə cox izhari-hal eylərsən, ey Azər, bu adətdir
Kim, istiğnalı sultanlar gədayi-xan sormazlar!
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət