Dərc edildi: Baxış sayı: 4623
İbrahim bəy Əli bəy oğlu Fuladov - şair, quberniya katibi, Qasım bəy Zakirin nəvəsi. Əli bəy Fuladovun…
İbrahim bəy Əli bəy oğlu 1836-cı ildə Şuşa şəhərində anadan olmuşdu. Atasını erkən yaşlarda itirdiyindən babası Qasım bəy Zakirin himayəsində böyümüşdü. İbtidai təhsilini molla yanında almışdı. Sonra qəza məktəbində oxumuşdu. Rus və şərq dillərini bilirdi. Qəza idarəsində fəaliyyətə başlamış, II dərəcəli dəftərxana xidmətçisi, dilmanc, polis pristavı vəzifələrində çalışmışdı. Quberniya katibi çini almışdı.
İbrahim bəy Əli bəy oğlu Fuladov 1885-ci ildə vəfat edib. İbrahim bəy şair idi. Azər təxəllüsü ilə qəlb oxşayan şeirlər yazırdı.
Şeirləri
- Ahu kimi baxanda o məstanə gözlərin
- Arizin göstər gülə gülşəndə həmralənməsin
- Məgər, ey bivəfa, hec yar olanlar yarı sormazlar
- Nə qəddir bu, nə qamətdir, sərapa şux rənadır
Ailəsi
İbrahim bəyin Əliş bəy, Xosrov bəy adlı oğlanları vardı.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət