Slimfit
  1. TƏHSİL VƏ KARYERA

I və IV qrupda 19 mindən çox abituriyent keçid balını toplayıb

I və IV qrupda 19 mindən çox abituriyent keçid balını toplayıb
Sakura

I və IV qrupda 19 mindən çox abituriyent keçid balını toplayıb

2019-cu ilin ali təhsil müəssisələrinə qəbul imtahanında I ixtisas qrupu üzrə 15101 abituriyent müsabiqədə iştirak etmək üçün keçid balını (150 baldan çox toplayıb) toplayıb.
Azvision.az Dövlət İmtahan Mərkəzinin "İxtisas seçimi zamanı nələrə diqqət yetirməli?" vəsaitinə istinadən xəbər verir ki, I ixtisas qrupu üzrə 2867 nəfər 150-200 arası bal toplayıb. 

I ixtisas qrupu üzrə müsabiqədə iştirak etmək hüququnu qazanan 15101 abituriyentə ayrılan plan yerlərinin sayı 15223-dür. Bunun isə 9351-i dövlət sifarişlidir. 

IV ixtisas qrupu üzrə müsabiqə vəziyyətini ödəyən (150 baldan yuxarı) abituriyentlərin sayı 4082 nəfərdir. 410 nəfər 150-200 arası bal toplayıb. IV ixtisas qrupu üzrə ayrılan plan yeri müsabiqə vəziyyətini ödəyən abituriyentlərin sayından azdır. Belə ki, IV ixtisas qrupu üzrə 3710 plan yeri ayrılıb ki, bunun da 2398 dövlət sifarişlidir. 

Jurnalda qeyd edilib ki, ötən ilə müqayisıdə I ixrisas qrupu üzrə dövlət sifarişli yerlərinin sayı 65,1 faiz, IV ixtisas qrupu üz dövlət sifarişli yerlərinh sayı 59.3 faiz artıb. 

Bütün ixtisas qrupları üzrə dövlət sifarişli yerlərin sayı 7985 yer və ya 65.4 faiz artıb. 
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şuşalı kişi, 1890-cı il.

Redaktor seçimi

SON XƏBƏRLƏR