Slimfit
  1. TARİX

I Şah Səfi - I Şah Səfinin Avstriya imperatoru və Macarıstan kralı II Ferdinanda məktubu

I Şah Səfi - I Şah Səfinin Avstriya imperatoru və Macarıstan kralı II Ferdinanda məktubu
Sakura

I Şah Səfi - I Şah Səfinin Avstriya imperatoru və Macarıstan kralı II Ferdinanda məktubu

Müizz ül-bi-l dövlə və-l əzəmə və iqbal, Çazar pâdişahları həzrətlərinə:

Âli cənab-i vâla nisab, mütəali əyab-i səltənət və cəlalət intisab, şövkət və əzəmət qibab-i məhəbbət ətvar, xosrov-i rəfi’ qədr-i âli təbar, mə’dələt diyârının ârâyəndəsi və fərmanrəvalıq məmâlikinin zeybəndəsi, .... pâdişahlarının şəhriyarı, .... nâmdarlarının nâmdarı, Nəmsə vilayətinin pâdişahı, Fərəngiyyə tâyifəsinin sərvər-i xorşid külahı!


Təhrir və bəyandan əfzun mərâtib-i məhəbbət və dostluq və təqrir-i lisandan birun mərasim-i ittihad və âşinalıq ilqa və izharından sonra, mərfü’-i rə’y-i xorşid ziya və məşhud-i zəmir-i münir-i qəmər e’tila oldur kim, həmişə âba və əcdâd-i izam-i cənnət məkanımız və təbəqə-yi Məsihiyyə pâdişahlarının mâbeynində, xusus ol pâdişah-i vâlâcah ilən, təriqə-yi məhəbbət və dostluq və râbitə-yi ülfət və yegânəlik mər’i və məsluk və əbvab-i xususiyyət və dostluq məftuh olub, tərəfeyndən süxəndan elçilər məhəbbətəngiz nâmələr ilən mütəvatir âməd və şüd edərlər idi.

Şimdi ki müqtəza-yi qəza və təqrirat-i âsümanidən cənnət məkan, firdövs âşiyan Baba’m əleyh ər-rəhmə həzrətlərinin vâqiə-yi hâiləsi sanih olub, bu câhan-i fânidən sâray-i bâqiyə irtihal etdi, tovfiqat-i ilâhidən sərir-i fələk rif’ət-i şâhi və övrəng-i gərdun rütbət-i şəhənşâhi zât-i mə’dilət sifət-i humayunum ilə zeyb və zinət bulub, sâhət-i İran zənim, ki xülasə-yi ərsə-yi âləm və təxtgâh-i Kiyan və Cəm’dir, nəsim-i iqbalım ilə nüzhət və təravət buldu, həman qâ’idə bəlkə andan ziyâdə ol həzrət-i rəfi’ mənzilət ilən təriqə-yi məhəbbət və dostluq və ittihad və yegânəlik mənzur qılıb, müqtəza-yi rə’fət-i cibilli, sizdən həmvarə qərardâd-i xâtir-i âtir və məknun-i zəmir-i münir-i sədaqət məasirimiz oldur kim, bu silsilə-yi âliyənin dostlar və xeyrxahları ilən ülfət və ittihad məqamında olub, mâbeynimizdə rəsmi xususiyyət mər’i və təriq-i muğayirət məslub ola!

Ona binaən, izhâr-i dostluq və bâdi-yi âşinalıq üçün bu nâmə-yi məhəbbət nişan cânib-i âlilərinə mərqum-i qələm-i ittihad oldu. Bi həmdüllah və l-minnə əhval-i xeyr məalımız əhibba və dostlar və dûdman-i âlişanın nikxahları məqsəd və müddəasınca xeyr və xubluq ilə güzərandır və əsla bir əmr ki zərrə qədərincə mövcib-i ikrâh-i xâtir-i övliya-yi dövlətimiz ola vâqi deyildir.

Tərəssüd və tərəqqüb məkârim-i âlilərindən oldur kim, ol tərəfdən daxi cənnət məkan, firdövs âşiyan Baba’m zaman-i şərifindən ziyadə, təriqə-yi məhəbbət məsluk olub, sədâqət nişan məktublar və fəsih əl-bəyan elçilər irsâlından xâli olmayıb, həmişə mühərrik-i silsilə-yi vidad və fâtih-i əbvab-i ittihad olalar. Və hər günə rücu’ları bu diyarda var isə, yegânəlik üzərindən e’lâm edələr, ki təvəccüh-i humayunumuz onun husuluna məbzul ola və əsla muğayirət və bigânəlik təcviz etməyələr.

Çün qərəz izhâr-i məhəbbət və dostluq idi, ziyâdə itnab olunmadı. Səltənət və kamrəvanlıq, əyyâm-i mənhic-i riza-yi sübhani birlə, məqrun və aqibətləri xeyrə məşhun ola!

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

General Əliağa Şıxlinski Molla Vəli Vidadinin nəticəsidir.

Redaktor seçimi

SON XƏBƏRLƏR