Slimfit
  1. İQTİSADİYYAT

I rübdə Azərbaycandakı kredit ittifaqları 800 min manat zərər ediblər

I rübdə Azərbaycandakı kredit ittifaqları 800 min manat zərər ediblər
Sakura

I rübdə Azərbaycandakı kredit ittifaqları 800 min manat zərər ediblər

Azərbaycandakı kredit ittifaqları bu ilin I rübünü 800 min manat xalis zərərlə başa vurub.

“APA-Economics” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, ötən ilin eyni dövründə kredit ittifaqları 500 min manat xalis zərər etmişdilər.

Yanvar-mart aylarında kredit ittifaqlarının xalis faiz gəlirləri 500 min manat (illik müqayisədə eyni), əməliyyat mənfəətləri isə 300 min manat( illik müayisədə 25% az) təşkil edib.

Bu il aprelin 1-nə kredit ittifaqlarının aktivləri 3,8% və ya 500 min manat azalaraq 12,6 milyon manata bərabər olub. Bunun 10,9 milyon manatı və ya 86.5%-i müştərilərə verilmiş kreditlərdir. Son 1 ildə sektorun kredit portfeli 3,5% kiçilib.

Hesabat dövründə kredit ittifaqlarının öhdəlikləri 5,6% və ya 200 min manat azalaraq 3,4 milyon manata, balans kapitalı isə 3,2% və ya 300 min manat azalaraq 9,2 milyon bərabər olub.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Super qapıçı

Redaktor seçimi

SON XƏBƏRLƏR