Slimfit
  1. MEDİA

I Gəncə Kitab Sərgisinin açılış mərasimi oldu

I Gəncə Kitab Sərgisinin açılış mərasimi oldu
Sakura

I Gəncə Kitab Sərgisinin açılış mərasimi oldu

26 noyabr 2021-ci il tarixində F.Əmirov adına Gəncə Dövlət Filarmoniyasının Urban Mərkəzində Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin, Gəncə şəhər İcra Hakimiyyətinin, Gəncə Regional Mədəniyyət İdarəsinin, Gəncə İctimai İştirakçılıq Məclisinin dəstəyi, “Azərbaycan Nəşriyyatları” İctimai Birliyinin (ANİB) təşkilatçılığı ilə “Nizami Gəncəvi ili”nə həsr olunmuş I Gəncə Kitab Sərgisinin açılış mərasimi oldu. 

Mərasimdə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin, Azərbaycan Respublikasının Yazıçılar Birliyinin rəsmiləri, Azərbaycan Respublikasının Xarici İşlər nazirinin müavini cənab Elnur Məmmədov, Gəncə şəhər İcra Hakimiyyətinin Başçısı cənab Niyazi Bayramov, Türkiyə Respublikasının Gəncədəki Baş konsulu Zeki Öztürk, millət vəkilləri Müşfiq Cəfərov, Pərvin Kərimzadə, Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə Bölməsinin sədri Fuad Əliyev, Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov, “Cavad xan” Tarix Mədəniyyət Fondunun birinci vitse-prezidenti Müzadil Həsənov, “Azərbaycan Nəşriyyatları” İctimai Birliyinin (ANİB) sədri Şəmil Sadiq, Gəncə şəhər Təhsil İdarəsinin rəisi Anar Qədiməliyev, Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Həmid Nəsirov, şəhərin idarə müəssisə rəhbərləri, mədəniyyət, incəsənət işçiləri iştirak etdilər.

İlk olaraq Respublikanın Xalq artisti Alim Məmmədov Nizami rolunda bütün iştirakçıları salamladı.

Gəncə Regional Mədəniyyət İdarəsi rəisi Vasif Cənnətov çıxış edərək Azərbaycan Respublikasının Mədəniyyət naziri Anar Kərimovun adından sərgi iştirakçılarını salamladı və bildirdi ki, bu günkü I Gəncə Kitab Sərgisinin açılış mərasimi Mədəniyyət Nazirliyinin xətti ilə noyabr ayının 15-dən 26-dək keçirilən Nizami Gəncəvi Beynəlxalq Festivalının son gününə təsadüf edir. O, I Gəncə Kitab Sərgisinin təşkilatçılarına və bütün iştirakçılarına öz təşəkkürünü bildirdi.

Mərasimdə həmçinin Azərbaycan Respublikasının Xalq şairi Sabir Rüstəmxanlı, Səlim Babullaoğlu, Sayman Aruz, Varis Yolçuyev, Elxan Elatlı, Qulu Məhərrəmli, Tahir Tahiroviç, Rövşən Abdullaoğlu, Yazıçılar Birliyinin Gəncə Bölməsinin sədri Xəzəngül Hüseynova, Gəncədə yaşayıb-yaradan, şair və yazıçılar iştirak etdilər.

Sərgidə 30-dan artıq nəşriyyat, 10-dan çox kitab evi iştirak etdi və kitablara 50%-dək endirim tətbiq olundu.

I Gəncə Kitab Sərgisində şair və yazıçıların iştirakı ilə təqdimatlar, imza mərasimləri, şeir gecələri, uşaqlar üçün nağıl saatları, rəssamların, dekorativ tətbiqi sənət ustalarının əsərlərindən ibarət sərgilər nümayiş etdirildi.

Sərgidə 100 mindən artıq kitab satışı təqdim olunur.

Sərginin “Qarabağa kitabla gedək” stendində işğaldan azad olunan regionlarımızda yaradılacaq kitabxanalar üçün kitablar toplanılır. 

I Gəncə Kitab Sərgisi  26, 27, 28 noyabr tarixlərində davam edəcəkdir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Sabirin satiralarından seçilmiş sözlərlə qurulub bu şəkil...

Redaktor seçimi

SON XƏBƏRLƏR