Slimfit
  1. MƏDƏNİYYƏT

I Autizm Mədəniyyət Festivalı keçirləcək

I Autizm Mədəniyyət Festivalı keçirləcək
Sakura

I Autizm Mədəniyyət Festivalı keçirləcək

 

Sabah Azərbaycanda ilk dəfə Autizm Mədəniyyət Festivalı keciriləcək. Heydər Əliyev Mərkəzində keçiriləcək festivalda autizimli uşaqlar incəsənətin müxtəlif sahələrində istedadlarını nümayiş etdirəcək, həmçinin, podiumda bir model kimi də bacarıqlarını göstərəcəklər.

Qafqazinfo” xəbər verir ki, AS Şirkətlər Qrupunun “Renessans Palace” layihəsi ilə baş sponsor olduğu festivalın təşkilatçıları "Birgə və Sağlam" İctimai Birliyi, “Uşaqların Xoşbəxt Gələcəyi” İctimai Birliyi və "Ümid var" xeyriyyə könüllüləridir. Layihə Heydər Əliyev Fondu tərəfindən dəstəklənir.

Autizmli uşaqlar podiumda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın əsəri köçürülmüş parçadan hazırlanan kolleksiyanı təqdim edəcəklər. Modelyer-dizayner Zemfira Musayevanın hazırladığı kolleksiyanı podiumda 10 uşaq nümayiş etdirəcək. Tədbir ərzində məlumatlandırıcı müxtəlif qısametrajlı filmlər, sosial çarx, klip göstəriləcək, autizmi anladan bukletlər paylanacaq.

Festivalda Türkiyədən də istedadlı autizmli uşaqlar iştirak edəcək və İzmir Autizm Orkestri - İZOT xor qrupu maraqlı proqramla çıxış edəcək.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Florida, ABŞ

Redaktor seçimi

SON XƏBƏRLƏR