Slimfit
  1. AVTO VƏ MOTO

Hyundai "yeriyən avtomobilini" nümayiş etdirib

Hyundai "yeriyən avtomobilini" nümayiş etdirib
Sakura

Hyundai dərə-təpəli ərazidə robot ayaqlarını işə salaraq 5km/saat sürətilə yeriyə bilən avtomobilinin…

Hyundai dərə-təpəli ərazidə robot ayaqlarını işə salaraq 5km/saat sürətilə yeriyə bilən avtomobilinin kiçik bir modelini göstərib.

Hyundai Elevate adlı maşın 1,5m hündürlükdə divara qalxa və tullanışla 1,5m eni olan boşluğu keçə bilir.

Şirkət qeyd edib ki, yeni tipli avtomobildən təbii fəlakətlər zamanı axtarış-xilasetmə işlərində istifadə oluna bilər.

Las Vegas-da keçirilən CES texnologiya sərgisində nümayiş etdirilən bu model üzərində iş 3 il ərzində davam edib.

"Daşqın və ya zəlzələ zamanı mövcud nəqliyyat vasitələri xilasediciləri yalnız dağıntı sahəsinin kənarına çatdıra bilir, yolun qalan hissəsini isə xilasediciliər yeriyərək keçməli olurlar, - Hyundai vitse-prezidenti John Suh bildirib. - Elevate isə hadisə yerinə dağıntıların üzərindən birbaşa gedib çata bilər".

John Suh həmçinin qeyd edib ki, bu model fəlakət zonasından əlil insanları arabaları ilə birgə birbaşa avtomobilin göyərtəsinə yükləyib daşımaq imkanına malikdir.

Aston Biznes Məktəbinin professoru David Bailey hesab edir ki, "ekstremal vəziyyətlərdə bu cür avtomobillərə tələbat yüksək ola bilər".

"Bu tip avtomobillər fövqəladə xidmətlərin ehtiyacını qarşılaya bilər, lakin bu cür maşınların istehsalını təşkil etmək üçün hələ bir sıra ciddi texnoloji problemlər həll olunmalıdır", - David Bailey deyib.

 

Mənbə: BBC.com

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Fransızlar tərəfindən başları bədənindən ayrılan Mərakeş müsəlmanlarının təsvir olunduğu POÇT MARKAsı. 1922-ci ildə Fransada istifadə olunub.

Redaktor seçimi

SON XƏBƏRLƏR