Slimfit
  1. DÜNYA

Hyundai Uber-lə birgə hava taksisini təqdim etdi

Hyundai Uber-lə birgə hava taksisini təqdim etdi
Sakura

Hyundai Uber-lə birgə hava taksisini təqdim etdi

"Hyundai" "Consumer Electronics Show-2020" texnologiya sərgisi çərçivəsində "Uber" ilə birgə istehsal edilən elektrikli hava taksisi "S-A1"-i təqdim edib.

TED.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hələlik ideya formasında olan hava taksisi 4 nəfərlik olacaq və qısa mənzilli səyahətlər üçün nəzərdə tutulur.

Elektriklə işləyən avtomobil helikopter kimi şaquli qalxıb-eniş edəcək.

"SA1", eyni zamanda "Hyundai"ın "Urban Air Motion" şöbəsinin ilk məhsulu olacaq.

Hava taksisinin sürətinin saatda maksimum 290 kilometr, uçuş yüksəkliyinin 300-600 metr, mənzilinin maksimum 100 kilometr olacağı gözlənilir.

"S-A1"-in enerji yığması üçün 5-7 dəqiqə vaxt lazım gələcək.

"Hyundai" rəsmiləri "S-A1"-i etibarlı, səssiz, büdcəyə uyğun və insanmərkəzli bir avtomobil kimi xarakterizə edirlər.

Dörd propeli olan avtomobildə ilk mərhələ üçün sürücüyə ehtiyac olacaq. Növbəti modellərdə isə avtomobilin sürücüsüz olacağı planlar arasındadır.

Mütəxəssislər uçan avtomobilin nə zaman istehlaka təqdim ediləcəyi barədə məlumat verməyiblər.

"Hyundai" mütəxəssisləri hava taksisindən başqa, daşıma mərkəzi konsepti "Hub" və yerdə istifadə üçün nəzərdə tutulan PBV üçün də anons veriblər. PBV həm taksi, həm də restoran kimi istifadə ediləcək yaşayış sahələrindən təşkil olunacaq.

4-6 metr böyüklüyündə sürücüsüz olacaq bu nəqliyyat vasitələri tək və ya konvoy kimi istifadə ediləcək. PBV-lər hərəkət halında olarkən enerji yığa biləcək.

 

 

"Hub" isə Hyundai"ın hava və yer taksiləri üçün bir növ eniş platforması olacaq.

"Hyundai"dan hansısa açıqlama verilməsə də bu platformaların elektrikli avtomobil enerjiyığma stansiyaları olacağı ehtimallar arasındadır.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

General Əliağa Şıxlinski Molla Vəli Vidadinin nəticəsidir.

Redaktor seçimi

SON XƏBƏRLƏR