Slimfit
  1. AVTO VƏ MOTO

«Hyundai Tucson», «Toyota RAV4» və «Kia Sportage»ə rəqib gəlir

«Hyundai Tucson», «Toyota RAV4» və «Kia Sportage»ə rəqib gəlir
Sakura

«Hyundai Tucson», «Toyota RAV4» və «Kia Sportage»ə rəqib gəlir

Çinin «Haval» şirkəti özünün yeni krossoveri olan «F7»ni təqdim edib.
FED.az Rusiya mətbuatına istinadən xəbər verir ki, yeni avtomobil indiyədək bazarda möhkəmlənmiş «Hyundai Tucson», «Toyota RAV4» və «Kia Sportage»yəni rəqib olacaq və «Haval»da əmindirlər ki, F7 bu rəqabəti qazanacaq. 

Qeyd edək ki, Çin şirkəti bu avtomobilləri Rusiyada buraxır, bu məqsədlə müasir avtomobil zavodu inşa edilib. Hələlik qiymətlər tam açıqlanmır, amma F7-nin «Kia Sportage»dən 10-20% ucuz olacağı dəqiqdir. 

«Haval F7»in texniki parametrləri göstərilən modellərə uyğundur. Avtomobilin uzunluğu 4 620 mm-dir (müqayisə üçün, «Kia Sportage»in uzunluğu 4 485 mm-dir).  F7 iki benzin mühərriki ilə buraxılacaq – 1,5 litrlik 150 at güclü və 2 litrlik 190 at güclü. Avtomobil avtomat sürət qutusu ilə buraxılacaq, ötürücü isə qabaq ox və tam ola bilər. 

Hələlik Rusiyalı ekspertlər, avtomobilin əla dizaynını, yığılma keyfiyyətini və hətta baza versiyada olduqca zəncin təchizatını qeyd edirlər. Bəzi ekspertlər bildirir ki, «Haval» şirkəti bu modelin vasitəsilə avtomobil bazarında «Huawei» eefekti yaradacaq, yəni keyfiyyət, zəngin təchizat və sərfəli qiymətlərlə rəqiblərini bazardan çıxaracaq.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Görkəmli yazıçı Seyfəddin Dağlı Cəfər Cabbarlının qızı Gülarə xanımla evli olub.

Redaktor seçimi

SON XƏBƏRLƏR