Slimfit
  1. DÜNYA

"Hyundai Motor"un baş direktoru istefa verəcək

"Hyundai Motor"un baş direktoru istefa verəcək
Sakura

"Hyundai Motor"un baş direktoru istefa verəcək

Cənubi Koreyanın "Hyundai Motor" şirkətinin Direktorlar Şurası Çunq Monq-kunu şirkətin baş direktoru vəzifəsinə yenidən seçməkdən imtina edib.

"APA-Economics"in "Yonhap" xəbər agentliyinə istinadən verdiyi məlumata görə, Çunq Monq-ku üçillik səlahiyyət müddətinin başa çatmasından sonra 16 mart 2020-ci ildə vəzifəsini tərk edəcək. Bu vəzifədən getməsinə baxmayaraq, o, "Hyundai Motor Group"un sədri öhdəliklərini yerinə yetirməyə davam edəcək.

Qeyd edək ki, fevralın əvvəlində Çunq Monq-ku avtomobil sahəsindəki ən nüfuzlu mükafatlardan biri olan Avtomobil şöhrət zalına (ABŞ-da avtomobil texnologiyasına həsr olunmuş bir muzey) daxil olub. Bundan əlavə, "Ford Motor Company"nin təsisçisi Henri Ford, "Mercedes-Benz"in təsisçisi Karl Benz, Yaponiyanın "Honda Motor Company" və "Toyota Motor Corporation" şirkətlərinin təsisçiləri bu muzeyin şöhrət zalına daxil edilib.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Süleyman Rüstəmin bacısı yazıçı Cəlal Bərgüşadın həyat yoldaşı idi.

Redaktor seçimi

SON XƏBƏRLƏR