Slimfit
  1. AVTO VƏ MOTO

Hyundai-ın satış gəlirləri 5% artıb

Hyundai-ın satış gəlirləri 5% artıb
Sakura

Hyundai-ın satış gəlirləri 5% artıb

Dünyanın beşinci böyük avtomobil istehsalçısı olan Hyundai, Çin bazarında avtomobil satışlarının azalması ilə ötən ilin dördüncü rübündə 129.8 milyard won (115 milyon dollar) xalis zərər açıqlayıb.

Cənubi Koreyanın avtomobil istehsalçısı "Hyundai Motor Company"nin dördüncü rübdə əməliyyat mənfəəti 35% azalaraq 501.13 milyard won təşkil edib. "Bloomberg"in sorğusuna qatılan ekspertlərin proqnozu 819.96 milyard won idi. Proqnozlar 677.78 milyard won ilə 1.05 trilyon won arasında dəyişirdi.

"Marja" xarici mətbuata istinadən xəbər verir ki, avtomobil istehsalçısı dördüncü rübdə 129.8 milyard won xalis  zərər edib. Şirkətin 748.10 milyard won xalis mənfəət açıqlayacağı proqnozlaşdırılırdı. 

Həmin dövrdə "Hyundai Motor"un satış gəlirləri 5 faiz artaraq 25.67 trilyon won (22,8 milyard dollar) səviyyəsinə yüksəlib. Bu da 25.87 trilyon won-luk proqnozdan aşağıdır. Proqnozlar 24.22 trilyon won ilə 27.05 trilyon a arasında dəyişirdi.

1 KRW =0.000886927 USD

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dişləri yumaq üçün 1 noxud miqdarında diş pastası kifayətdir.

Redaktor seçimi

SON XƏBƏRLƏR