Slimfit
  1. DÜNYA

Hyundai gələn il uçan şəhər nəqliyyatının konsepsiyasını təqdim edəcək

Hyundai gələn il uçan şəhər nəqliyyatının konsepsiyasını təqdim edəcək
Sakura

Hyundai gələn il uçan şəhər nəqliyyatının konsepsiyasını təqdim edəcək

Konsepsiya yalnız uçan avtomobilləri əhatə etmir

Hyundai motorun saytında bu şirkətin CES 2020 sərgisində iştirakına həsr olunmuş press-reliz dərc olunub.

Bizplus.az bildirir ki, Cənubi Koreya istehsalçısı Hyundai bu tədbirdə özünün ilk konseptual şəxsi avianəqliyyatını (Personal Air Vehicle və ya PAV) “şəhər hava hərəkətliliyinin landşaftı”nın (Urban Air Mobility və ya UAM) bir hissəsi kimi təqdim edəcək. Hava məkanından istifadənin yollarda tıxacları azaldacağı və şəhər sərnişinləri üçün keyfiyyətli vaxt təmin edəcəyi gözlənilir.

Hyundai-ın məhsullarına, həmçinin xüsusi nəqliyyat vasitəsi də (Purpose Built Vehicle, PBV) daxildir. Bu, “avtomobili təkcə nəqliyyat vasitəsinə deyil, daha böyük bir şeyə çevirmək üçün sonsuz imkanlar verən”, özünü idarə edən sürücülük funksiyasına malik, son dərəcə tənzimlənə bilən bir konsepsiyadır.

Bu ağıllı nəqliyyat vasitələri Pav qalxma/enmə və PBV-nin gəliş/gediş nöqtələrinin xabında kəsişəcəklər. Xablar şəhər daxilində yerləşəcək və ictimai məkan kimi xidmət edəcəklər.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

"Zamanın qapısı"

Redaktor seçimi

SON XƏBƏRLƏR