Slimfit
  1. CƏMİYYƏT

Hüseynbala Mirələmov vəzifəsindən qovuldu

Hüseynbala Mirələmov vəzifəsindən qovuldu
Sakura

Hüseynbala Mirələmov vəzifəsindən qovuldu

“Bəli, təəssüf ki, biz də görüntüləri sosial şəbəkələrdə gördük”.

Ens.Az-ın məlumatına əsasən,bunu Oxu.Az-a açıqlamasında Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) İctimaiyyətlə Əlaqələr və Marketinq Departamentinin direktoru Bəhruz Nəzərov ADNSU-nun kafedra müdiri Hüseynbala Mirələmovla bağlı yayılan görüntülərə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, yayılan görüntülər izləndikdən sonra Hüseynbala Mirələmov ADNSU-nun rektorunun müvafiq əmri ilə Qaz Neft Mühəndisliyi fakültəsinin kafedra müdiri vəzifəsindən azad edilib:

“O, bu gün səhər saatlarında işdən azad olunub. O həmçinin tədris müəssisəsində müəllim kimi fəaliyyət göstərirdi. Bu gündən etibarən onun universitetlə bütün əlaqələri kəsilib”.

Xatırladaq ki, ötən gün sabiq deputat H.Mirələmovun sosial şəbəkələrdə qeyri-etik videosu yayılıb. O, ADNSU-da Qaz Neft Mühəndisliyi fakültəsinin kafedra müdiri idi. Həmin görüntülərin də ADNSU-nun Elmi Şurasının onlayn iclası zamanı çəkildiyi bildirilir.

Qeyd edək ki, H.Mirələmov 1983-cü ildən bu ali təhsil ocağında çalışır, 2007-ci ildən isə Qaz Neft Mühəndisliyi fakültəsinin kafedra müdiri idi.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Kalpeya adlı bu qadın 7.5 min il əvvəl müasir Hibraltar ərazisində yaşayıb. Onun görüşünün bərpası üçün yarım il sərf olunub və artıq biz onun üzünü görə bilirik.

Redaktor seçimi

SON XƏBƏRLƏR