Dərc edildi: Baxış sayı: 545
Hüseyn Nadim Naxçıvani - Üşşaqın adəti gərək ahü fəğan ola
Üşşaqın adəti gərək ahü fəğan ola,
Məcruh qəlbi, zinəti əlbəttə qan ola.
Ey ömr, gəl dəvam elə cəhan fəraqinə,
Bülbül gərək çəməndə müdam pasiban ola.
Heç bülbüli rəvadımı tənha qoyub güli,
Gülşəndə xar ilə gedübən həmzəban ola?
Cəhd eyləyür ki, canım ala, yoxdı heç sözüm,
Əmri‐Xudadı, nazlı gərək mehriban ola.
Az ağla, gəlmə naləyə, Nadim, məlal ilə,
Ağlar qoyan səni özi xari‐cəhan ola!
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət