Slimfit
  1. ƏDƏBİYYAT

Hüseyn Cavid - Uyuyor

Hüseyn Cavid - Uyuyor
Sakura

Hüseyn Cavid - Uyuyor

Əsmə, dur! Əsmə, ey nəsimi-bahar!
Uyuyor, yari-işvəkar uyuyor.
Dalğalandıqca zülfi-zərrin tar,
Sarıyor pənbə hüsnü altın nur.
O gözəl çöhrənin əsiri ikən,
Əcaba, qısqanırmısan bəndən?!

Əsmə, bir dur! Bıraq, bıraq uyusun
Nevbaharın şu nazənin qızını.
Ötüşən quşlar! İştə siz də susun!
Susun artıq! Şu zöhrə yıldızını
Seyr edin iştiyaqü həsrət ilə,
Bu gözəl levhə sonra düşməz ələ.

Bu çiçəklikdə, siz əmin olunuz,
Böylə bir gül yetişməmiş əsla.
Kim bilir, düşsə cənnətə yolunuz,
Bulunur bəlkə böylə bir sima,
Bulunur bəlkə böylə bir afət!
O da şayani-şübhədir, əlbət...

Günəş! Ey xilqətin gözəl gəlini!
Uyuyor iştə nazlı həmşirən!
Sən də dur! Saçma bir ziyalərini,
Sən də bir an için çəkil, gizlən!
Bir az əylən bulutlu dünyadə,
Mane olma bu tifli-nevzadə.

Bəstəri-nazi həp çiçəklərdir,
Oxşayor iştə gül yanaqlarını.
Yeşil otlar öpər dəqiqədə bir
Pənbə, tombul, lətif ayaqlarını.
Axışıb ən küçük sular xəndan,
Ninni söylər o şux için hər an.

Uyuyor... bixəbər şu vəlvələdar,
Şu səfasız,vəfasız aləmdən.
Uyuyor... baq nə xoş, gülər yüzü var,
Şaşırır şübhəsiz bu halı görən.
Şimdi röyadə kim bilir, bu mələk,
Hanki aləmdə əylənir gülərək.

Uyuyor... pək sevimli, pək məsum,
Bir çocuq ruhu var şu fitrətdə.
Hələ rast gəlməmiş bu taleyi-şum
Böylə bir nazəninə xilqətdə.
Hüsni-mütləq enərsə yer yüzünə,
Qonar ancaq bunun gülər üzünə.

Uyuyor... Of! Ey bəlalı könül,
Çırpınıb durma! Sən də sus artıq,
Vurma, sus! İştə susdu həm bülbül.
Dur, həyatım da getsə, dur azacıq,
Uyuyor çünki aşinayi-xəyal,
Uyuyor çünki qayeyi-amal...

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Görkəmli yazıçı Seyfəddin Dağlı Cəfər Cabbarlının qızı Gülarə xanımla evli olub.

Redaktor seçimi

SON XƏBƏRLƏR