Slimfit
  1. TARİX

Hüseyn Cavid - Teatr yaxud sən’əti-tamaşada təbəddül və tərəqqi

Hüseyn Cavid - Teatr yaxud sən’əti-tamaşada təbəddül və tərəqqi
Sakura

Hüseyn Cavid - Teatr yaxud sən’əti-tamaşada təbəddül və tərəqqi

Oktyabrın dördüncü aqşamı Namiq Kamal bəyin “Akif bəy” adlı faciəsi “Tiflis türk dram dəstəsi” tərəfindən mevqeyi-tamaşaya qoyuldu. Bu əsəri Qafqas şivəsinə təbdil edən Axundov cənablarıdır. Məzkur faciə beş pərdədən ibarətdir. İlk pərdədə Akif bəy (gənc bir gəmi komandanı) pək vəfalı zənn etdiyi hiyləgər zevcəsindən ayrılaraq dəniz müharibəsinə gedər, binbaşı Şahin bəyə də bir vəsiyyətnamə verib İstanbulda oturan babasına göndərməsini və şəhid olursa rəfiqəsi Dilrübayı yanına almasını tövsiyə edib gedər. İkinci pərdədə Akif bəyin ölüm xəbəri eşidilir, Dilrüba fürsətdən istifadə edərək, iki yalançı şahidlə ölüm xəbərini qəzavətxanədə təsdiq etdirib çabucaq Əsəd bəy adlı başqa bir zevc ixtiyar edər. Kəndi evində onunla eşqə, izdivacə dair söyləşdikləri sırada, oğlunun vəsiyyətini icra etmək için gələn Süleyman bəyi nifrətlə rədd edər. Süleyman bəy də yanındakı Şahin bəylə bərabər küskün və münkər bir halda çıqıb gedir. Üçüncü pərdədə Əsəd bəyin düyün ziyafəti başlar, misafirlər gəlir, içki və çalğı ilə əyləndikləri halda birdən-birə Akif bəy meydana çıqar. Bu sırada babası da gələr və məsələni oğluna anlatır. Akif bəy həyəcanlı və qorqunc bir vəziyyət alır. Əhli-məclis və çalğıçılar birər-birər dağılır. Bir-iki dəqiqə keçincə Akif, sonra babası və Şahin bəy çıqıb gedərlər. Dördüncü pərdədə Akif bəy meyxanədə sərməst olaraq intiqam hissilə söylənib durur, sonra uyumaq için uzanar. Çoq keçməz ki, atası və dostu Şahin bəy gəlib onu oyadırlar. Akif bir-iki söylənərək çabuq gəmiyə getmək bəhanəsilə savuşub çıqar. Atası da onu tə’qib edər. Beşinci pərdədə Akif bəy Əsəd bəydən intiqam alır və kəndisi də tərki-həyat edər. Bu sırada pusquda duran Süleyman bəy də içəri girərək, hiyləgər, yüz könüllü Dilrübayı bir xəncər zərbəsilə cəzalandırır. İştə vəq’ə bundan ibarət... Şimdi artistlərə gələlim. Akif bəy rolunu ifa edən Kirmanşahski cənablarının tərzitələffüzü aydın, səmimi və aldığı vəziyyətlər tamamilə yerində olub, hiç bir qüsur nəzərə çarpmıyordu. Müşarileyh hənuz gəncdir. Məsləkində daha ziyadə ciddiyyət göstərəcək olursa, Qafqasiyamız ciddən qiymətdar bir artist qazanmış olacaqdır. Dilrüba rolundakı Tərlan xanım isə inanılmayacaq dərəcədə məharət göstərdi. Onun böylə bir qarışıq rolu bu qədər gözəl oynaması gerçəkdən şayani-təbrikdir. Əbülfət Vəli cənabları isə hər bir təqdirin fövqündə idi. Almış olduğu ixtiyar vəziyyəti, baxüsus əlaimi-vəcihəyi və bütün hərəkatı pək az artistə nəsib olan xassələrdən idi. Əsəd bəy rolunu ifa edən Abbasov cənablarına gəlincə mumileyh sənəti-tamaşada ibraz etdiyi iqtidardan başqa, tələffüzündəki ahəng və üslubda öylə bir səlasət vardı ki, adəta İstanbul artistlərini xatırlatıyordu... Şahin bəy rolundakı Ələsgərov cənabları da vicdanlı bir mə’mur, xeyirxah bir arqadaş qədər ifayi-vəzifə edirdi. Hələ meyxanaçı – M.X.Quliyev cənabları Türkiyənin çüstü çalak rum meyxanaçılarından əsla seçilmiyordu. Yüzbaşov cənablarının sərxoşluqdakı məharəti, Əliyevin tərəddüdlü və qorqxaqca vəziyyəti, İsmayıl Həqqi əfəndinin şətarətli halları və laübali qəhqəhələri ayrı-ayrı birər qiyməti haiz idi. H.Qasımov, B.Əlizadə... əfəndilər də xoş bir surətdə oynayorlardı. Rejissorluq vəzifəsi Vəli əfəndinin öhdəsində idi. Dekorasiya qayət mükəmməl və çalğı da Tiflisdəki osmanlı musiqi dəstəsi tərəfindən çalınırdı. Bir sözlə, bu aqşamkı səhnə qüsursuz deyiləcək dərəcədə gözəl idi. Təəssüf olunacaq bir qüsur, bir nöqsan var idisə, o da ancaq camaatın azlığı və böylə ciddi və qiymətdar bir tamaşaya qiymət verməməsi idi. Mə’nasız bir komediyaya hər kəs ötüşdüyü halda, nədən isə böylə həqiqi və mə’nidar tamaşadan qaçıyorlar. Tiflisdəki teatr maraqlıları bu aqşam təşrif etsələrdi, şübhəsiz keçən səhnələri unutaraq teatrın nə olduğunu görərlərdi. Bu pyes hər kəsi sıqacaq dərəcədə uzun olduğu halda, hazirundan məmnun qalmayacaq bir zata təsadüf ediləməzdi... Müxbir

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Canavarlar 300 milyon qoxunu seçə bilirlər, insanlar isə cəmi 5 milyon

Redaktor seçimi

SON XƏBƏRLƏR