Dərc edildi: Baxış sayı: 1280
Hüseyn Cavid - Sevinmə, gülmə, quzum!
Sevinmə, gülmə, quzum, kimsənin fəlakətinə;
Bu hal, əvət, eyi bir şey deyil, sevinmə, saqın!
Sevinmə başqasının hali-pürsəfalətinə,
Toqunma qəlbinə bikəslərin, zavallıların.
İnan ki, bir acı söz, bir baqış, bir incə gülüş
Kədərli, sıtmalı bir qəlbi tırmalar, yaralar.
O qəlb avunsa da, aldanma, incinib küsmüş,
Sağalmaz iştə o, yıllar keçər də həp sızlar.
Toqunma, ruhum! Əvət, kinlidir fələk, bir gün
Qızar, həmən gücənib intiqam alır səndən.
Bu gün gülən yarın ağlar, saqın öyünmə, düşün!
Düşün də munis ol! İncitmə, qırma kimsəyi sən!..
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət