Slimfit
  1. TARİX

Hüseyn Cavid - Naxçıvanda nə gördüm?

Hüseyn Cavid - Naxçıvanda nə gördüm?
Sakura

Hüseyn Cavid - Naxçıvanda nə gördüm?

Naxçıvanlılara Rəvayət olunduğuna görə Naxçıvan əski yarımtanrılardan məşhur “Daqyanos”un mərkəzi-səltənəti imiş. Demək ki, pək də küçük yer sayılamaz. Tarix səhifələrində bir taqım qəraib təsadüf olunur ki, əsrlər keçsə də kəndi əhəmiyyətini qeyb etməz, nasıl ki, Zərdüşti məzhəbində cari olan bir çoq işlər, şimdi belə təbdili-məzhəb etmiş bə’zi müsəlmanlar arasında hökmfərmadır. Yuqarıdakı rəvayət doğru olmasa belə Naxçıvanın şimdiki əhvaliruhiyyəsi bunu gözəlcə isbat etməkdədir. Şəhər, əksəriyyətlə ikiyə bölünür: bir qismi qul təbiətində yaşar, miskinliyi sevər. Bir payı da təkəbbür və xudkamlıqdan xoşlanır, daima öz nüfuzunu işlətmək istər. Orta yerdə hürriyyəti-vicdan, bəyani-rə’y etmək haqqı kimsəyə verilməmişdir. Müstəsna olaraq bir qaç zat var isə də məəttəəssüf sayları üç cüt bir təki aşmaz, hər nə qədər çığırıb-bağırsalar da səsləriünləri bir yerə yetişməz. Naxçıvan on beş il əvvəl cəhalət uyqusundan diksinmək ehtiyacını duydu, maarif dairəsinə girmək istədi. Milli məktəb tə’sis etdi, mərhum Sidqi sayəsində çalışıb- çabalamağa həvəsləndi, gündəngünə arş iləri!.. Hərəkət etməyə başladı. Sidqi vətənpərvər idi, həmiyyətli idi, məslək sahibi idi, millətini sevərdi. Hər adım başında məşhur Napolyonun (dünyada olmaz olmaz) düsturi-cəsuranəsi sərməşq ittixaz edilmişdi. Öyrənmək, bilmək, dev adımları ilə iləriləmək, əfkari-milliyyəyi aydınlatmaq ən birinci məqsəd sayılırdı. Bu hal beş-altı il qadar dəvam etdi. Sonra zavallı Sidqi getdi, məktəbin məktəbliyi də onunla bərabər bitdi. Şimdi beş-üç gözüaçıq cavan bulunsa, şübhəsiz ki, o beş-altı ilin məhsuludur. Sonra nə oldu... Məktəb qapandımı? Xayır, qapanmadı... Lakin nə zərər verdi, nə xeyir gətirdi. Zira qapansa idi, gözəl bir təhəssür, həzin bir arzu ruhu oqşar idi, insanı məşğul edərdi. Məktəbin bu uyğunsuz yaşaması hər kəsi iyrəndirdi. Xalqa böyük bir dərd oldu. Məktəbdə əvvəldən hökumət barmağı var idi. Fəqət Sidqi dövründə əsla əl vurulmadı. O zavallı sönər-sönməz istibdadın qara bulutları hər tərəfdən məktəbin üzərinə çökməyə başladı. İş büsbütün dəyişdi. Nihayət işin sonu bir hiçdən ibarət qaldı. İki-üç ay sonra qiraətxanə də fərağətxanəyə təbdil etdi, onunla bərabər bütün həvəslər də bitdi getdi. Və öylə olmaq da icab edərdi, zira bu ani hərəkət, bu mə’kusi-tərəqqi ciddiyyət və mühakimədən ziyadə şaklabanlığa, nümayişə aid bir vəziyyət idi. Nümayiş için qabaran hissiyyat dəniz köpüyündən çoq da fərqli olamaz. Qabarması ilə sönüb getməsi bir olur. Hər işdə səbat və istiqamət ən birinci şərt sayılır. Mətin və paydar bir iş için kəskin bir düşüncə, dərin bir mühakimə lazımdır. Yoqsa halva-halva deməklə ağız şirin olmaz. Bu son zamanda bir qaç zat himmət buyurmuşlar, digər bir-iki məktəb daha tə’sis etmişlər. Doğrusu fəna bir təşəbbüs deyil. Lakin bu da əsassızdır. Kökü çürükdür. Çünki əvvəla hücrələrdə “Üsuli-cədid” məktəbi ayaq tutmaz, tutsa da yürüməz, saniyən əvvəlki məktəbi o hala qoyan hökumət barmağı oldu. Şimdi də bu yeni məktəb və müavinət olsun deyə yenə bir rusca müəllimi ilişdirildi, fəqət müsəlman imiş, bə’s yoq. Bir də məktəb açan zat ən əvvəlcə hər məsrəfi nəzəri-diqqətə almalı, sonra işin kökünə əl vurmalıdır. Zira təməlsiz (əsassız) divar iki gün yaşar, üçüncü gün uçar, yıqılır, sahibini sevindirəcək yerdə büsbütün məhcub edər, kədərləndirər; son nədamət isə heyhat... faidə verməz. Qız məktəbinə gəlincə, azacıq ehtiyatlı davranmaq icab edər. Şimdilik müstəid bir türk xanımı ana dilini tədris etməkdədir. Ondan ediləcək istifadə mühəqqəqdir, həm də günəş qədər parlaqdır. Lakin rusca müəllimlərinin əxlaq və iste’dadına bir az diqqət lazım. Məktəb binası olduqca sihhi, gözəl və havadar bir yerdə vaqe olur, hər xüsusda bu məktəb digərlərindən şərəflidir və onlara tərcih olunmalıdır. Çünki oğlan-qız bütün vətən yavrularının tərbiyeyiibtidaiyyəsi ancaq onların ağuşi-şəfqətində hüsulpəzir ola bilər.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şəhidimiz Şahmurad Əlizadə

Redaktor seçimi

SON XƏBƏRLƏR