Slimfit
  1. ƏDƏBİYYAT

Hüseyn Cavid - Maral/Birinci pərdə

Hüseyn Cavid - Maral/Birinci pərdə
Sakura

Hüseyn Cavid - Maral/Birinci pərdə

Vəq’ə Qafqasya şəhərlərindən birində vaqe olur. Səhnə: qürub zamanı Turxan bəyin evində divarı, döşəməsi xəlilər ilə süslü, alafranqa bir qəbul odası göstərir. Divarda Şeyx Şamilin rəsmi ilə bir böyük divar saatı və bir ayna asılmış, sağda və solda birər qapı, bağçaya nazir iki-üç pəncərə, iki böyük lampa, sandaliyələr, masalar və sairə...
Maral sol tərəfdəki – açıq bıraqılmış qapıdan içəri girər, kəndi halından məmnun olmadığı yüz-gözündən sezilir. Pəncərələrdən birini açıb bağçayı seyr edər və eşidilməkdə olan bülbül nəğmələrini dinləyərək məhzun və düşüncəli bir halda dalıb gedər. 

N a z l ı (sağ qapıdan daxil olaraq). Maral! Mələyim, nə düşünüyorsun? 
Ma r a l . Hiç, Nazlı bacı, hiç... 
N a z l ı . Bən sana ana yerindəyim, yavrum! Nə dərdin varsa, aç, söylə! 
Ma r a l . Allah qızcığazını sana çoq görməsin! Bu evdə yenə azçoq səninlə təsəlli bulurum. 
N a z l ı (bağçayı göstərərək). Baq, şu bahar çiçəkləri, şu bülbül nəğmələri nə qadar gözəl!.. Azacıq gedib gəz də, könlün açılsın. 
Ma r a l . Ah, bu gözəl bahar hər kəsin könlünü açdığı halda, nədənsə bəni sıqıyor. O rəngarəng çiçəklərin lətif rayihələri sanki bəni boğuyor. O şətarətli bülbüllərin sevimli nəğmələri guya bana gülüyor, yaxud bənim talesizliyimə ağlıyor. 
N a z l ı (yapma bir gülüşlə). Allah eşqinə, hiç böylə padşah sarayında yaşayan bir xanım da taleyindən şikayət edərmi? 
Ma r a l . Haqqın var, Nazlı bacı!.. Lakin bu geniş dairə, bu müzəyyən və gözəl odalar bana dar və qaranlıq məzarlardan daha sıqıntılı gəliyor. Off, bəxtiyarlıq içində ölmək – kədərlər, üzüntülər içində yaşamaqdan bin qat xeyirli imiş. İki sənə əvvəl böylə məş’um, qara günü kim xatırlardı? Məs’ud bir gövərçin kibi saf və azadə yaşıyordum; məktəbi bitirmək üzrə ikən zavallı babam tərki-həyat etdi. Yüz yerdən görücü gəlməkdə ikən, yoq olası Turxan bəy bəla yıldırımı kibi üstümüzü aldı. Artıq onun adı gəlincə hər kəs susmağa başladı. Hətta Arslan da, sevgili Arslan da sükuta məcbur oldu. 
N a z l ı . Yaradana qurban olayım, hər şey onun əlində... Bir gün insanı həm bədbaxt edər, həm xoşbaxt... 
Ma r a l . Ah... Nazlı bacı, insan o vaqt xoşbaxt olardı ki, dünyaya hiç gəlməyəydi!.. 
Hər ikisi məhzunanə və düşüncəli bir sükut ilə baqışıb dururlar. Bu sırada Bayram ə s g ə r v a r i qollarını sallayaraq, ayaqlarını yerə vura-vura qalın və mühib bir səslə: 
“Bən bir türküm, dinim, cinsim uludur; 
Sinəm, özüm atəş ilə doludur. 
Doludur, doludur, 
Dur! Dur! Dur...” 
deyə sol tərəfdəki qapıdan içəri girər, başıaşağı olaraq odanın o biri başına qadar adımlar. N a z l ı və M a r a l onun şu sərsəm və çocuqca hərəkətini heyrətlə seyr edib dururlar. Bayram (başını qaldırıb onları görüncə şaşırır. Marala itiraz ilə). Ah, əfv edərsiniz, hiç sizin burada olduğunuzu bilmiyordum. 
M a r a l (nazikanə). Bayram, Allah ağıl payladıqda sən nerədə idin? Bayram (sırıtaraq). Göygöz mollanın yanında “şəkkiyyat” öyrəniyordum. 
N a z l ı . Vay, səni yoq olasan! Hələ utanmadan cavab da veriyor. 
(Bayram mə’nasız qəhqəhələrlə digər odaya keçər.) 
T u r x a n b ə y (saqalını tıraş etdirmiş olduğu halda daxil olaraq). Aqşamlar xeyir olsun, Maral! Nasılsın, iki gözüm? Keyflər eyimi? 
M a r a l (məhzunanə). Təşəkkür edərim. 
T u r x a n b ə y (Maralın əlini əlləri içinə alaraq). Lakin səni azacıq düşüncəli görüyorum. Hər duruşunda, hər baqışında bir darğınlıq, bir küskünlük var. Bilirmisin, Maralım!.. Bu mə’sum çöhrəyi bir dəqiqə belə məhzun görmək istəməm. Burada sıqılacaq bir şey yoq! Canın nə istərsə, qəlbindən nə keçirsə, bir an içində mühəyya olur, mələyim! Bənim varım-yoxum, mülküm-malım, başım-canım sənin ən küçük bir arzun için fəda edilməyə hazırdır. (Nazlı lampaları yaqıb çıqar.) Söylə, Maralım, söylə! Niçin bu qadar düşünüyorsun? 
M a r a l (yapma bir nəzakətlə). Doğrusu, yalnızlıq, arqadaşsızlıq bana çox tə’sir ediyor. 
T u r x a n b ə y (onun sözlərindən bir mə’na çıqarmış kibi qəhqəhə ilə gülərək). 
E...yy, anlaşıldı, gülüm, anlaşıldı... İnşallah bir-iki ay sonra oğlum Cəmil Barjomdan gəlir. Çapucaq ona da bir qız nişanlarız, vur-patlasın, çal-oynasın, əyləncəli bir toy məclisi qurulur. İştə o zaman, sana da, sənin kibi gözəl, mini-mini bir arqadaş bulunmuş olur. Həm də istədiyin qadar gülərsin, oynarsın. 
B a y r a m (əcələ içəri soqulur). Əfəndim, dostunuz, dava vəkili Nadir bəy gəlmək istiyor. 
T u r x a n b ə y. Haydı, söylə buyursunlar. (Bayram çıqar, Turxan bəy Maralı öpərək mütəhəssiranə.) Get, Maralım, sən də get... İştə misafir gəliyor. 
(Maral gedəcək olur.) 
T u r x a n b ə y (arqasınca). Maral! 
M a r a l (dönüb baqaraq). Əmriniz? 
T u r x a n b ə y (onun gözlərinə diqqət edərək). Hiç, yavrum, get! (Maral çıqar, Nazlı daxil olub masa üzərinə iki-üç kül qabı qoyub gedər, Turxan bəy, Nazlıya eşitdirəcək bir ahənglə.) Sanki anası doğardoğmaz qızcığazın gözlərinə baqıb da ona görə ad qoymuş. Gerçəkdən Maral deyil, adəta maral baqışlı bir mələk!.. 
N a d i r b ə y (daxil olaraq). Əssəlamü-əleyküm... 
T u r x a n b ə y. Vəəleyküm-əssəlam, əfəndim, buyurun baqalım. (Əl verib qarşı-qarşıya otururlar.) 
Nadir bəy (Turxan bəyin saqalını tıraş etdirmiş olduğuna heyrət edərək). Bu nə hal, bu nə qiyafət, canım? Maşallah, büsbütün dəyişmişsiniz! 
T u r x a n b ə y (əlilə bıyıqlarını oqşayaraq). Doğrusu, bu son vaqtlarda saqaldan o dərəcə nifrət ediyorum ki, əsla görməyə gözüm yoq. 
Na d i r b ə y . Gerçəkdən Maral xanımın üzərinizdə pək böyük tə’siri varimiş! Sizi bir yıl əvvəl görmüş olanlar, əmin olunuz ki, şimdi tanıyamazlar. 
T u r x a n b ə y (laübali). E...y, nə yapalım, əzizim, ömür keçdikcə eşqin, sevdanın keçəcəyini də hər kəs söylər, durur! Fəqət yalan!.. Həm də pək böyük bir yanlış... Bir şam yanıb, əriyib də sönmək üzrə ikən nasıl şiddətli bir nur saçarsa, İştə qoca bir könül də eşqə, məhəbbətə qarşı o dərəcə böhranlı bir hərarət, xəyala sığmaz bir şiddət göstərir. 
Nadir bəy (təbəssümlə). Lakin hər nasıl olsa, yenə azacıq ağır davranmalısınız. Doğrusu, sizin yerinizə bən Cəmil bəydən utanıyorum. Yarın gəlib də bu yaşda bir qız aldığınızı görürsə nə der, əcəba?! 
T u r x a n b ə y. Bıraq Allah eşqinə, çoluq-çocuq ağzına baqacaq deyiliz, a!.. 
Na d i r b ə y . Pəki Cəmil nə yazıyor? Hala gəlmiyormu? 
T u r x a n b ə y. “Hüquq”dan diplomasını alıb da Barjoma gəlmiş, yorğunluğunu çıqarmaq için yazı orada keçirəcəkmiş. 
Na d i r b ə y . Barjomun nerəsində ev kiralamış? 
T u r x a n b ə y. Yazdığına görə Bəypolad ismində dağıstanlı bir mühəndislə buluşmuş, onun ailəsilə bir yerdə yaşıyormuş... 
Na d i r b ə y . Çoq ehtimal var ki, bir az sonra bən də gedərim. 
T u r x a n b ə y . Sizi görür-görməz, inan ki, Cəmil sevincindən çıldırır. 
Na d i r b ə y . Əlimdəki işləri yoluna qoya bilsəydim, artıq burada durmazdım. 
T u r x a n b ə y. Eyi xatirimə gəldi, bir xoş xəbər daha... Nadir bəy (məraqla). Nasıl? Nə imiş, əcəba? 
T u r x a n b ə y. Cəmili evləndirmək istiyorum, yalnız gəlib çıqmasını bəkliyorum. 
Na d i r b ə y . Kim bilir! Bəlkə o, şimdiyə qadar birilə sevişib evlənmiş də, yalnız bizim xəbərimiz yoq... 
T u r x a n b ə y . Xayır, oğul bənimsə, xəbərsiz iş tutmaz. Onun için bir qız bulmuşum ki, röyasında belə görəməz. Həm gözəl, həm anababasının bir danəsi, həm də son dərəcə zəngin. 
Na d i r b ə y . Bəncə gözəllik zevqə aid bir şeydir. Sərvət isə, düşündüyünüz kibi, insanı pək da məs’ud edəməz. Bir də bir qızı sərvəti için deyil, dilxah və tərbiyəli olduğu için alırlar. 
T u r x a n b ə y. Nadir! Nadir! Hiç bir hiss, hiç bir qüvvət, hiç bir yer yoq ki, orada altın, gümüş rol oynamasın. Əmin olunuz ki, dünyanın bütün İzzəti bütün səadəti ancaq para ilə əldə edilə bilir. 
N a d i r b ə y (yerindən qalqaraq). Əvət, hər şey para ilə əldə edilir; illa fəzilət və insaniyyət!.. 
T u r x a n b ə y . Xayır! Xayır... Fəzilət də paradadır, insaniyyət də... 
Na d i r b ə y . Yanılıyorsunuz, əfəndim, sizə insan qılığında öylə çulsuz-palansız uzunqulaqlar göstərə bilirim ki, yalnız altından yapılmış bir palanları əskikdir. 
Turxan bəy istehzalı qəhqəhələrlə gülər. 
B a y r a m (əcələ içəri girər). Əfəndim, aşıq Sultan gəlmiş. 
Na d i r b ə y . Hanki Sultan? Bizim köy işlərinə baqanmı? Bayram. Əvət, əfəndim. 
Turxan bəy (Nadir bəyə). Nə eyi təsadüf!.. Onun saz çalmasını və dəyərli aşıq sözlərini çoqdan bəri eşitdiyim yoq. 
Nadir bəy (Bayrama). Söylə, içəri gəlsin. 
B a y r a m. Kəndisi yalnız deyil, əfəndim, yanında dağıstanlı bir bəy də var. 
T u r x a n b ə y. Pəki, adını öyrənəmədinmi? 
B a y r a m. Adı Bəypoladdır, əfəndim. 
T u r x a n b ə y. Haydı, söylə buyursunlar. 
(Bayram çıqar) 
Na d i r b ə y . Əcəba bu hanki Bəypoladdır? 
T u r x a n b ə y. Zənnimcə Cəmilin arqadaşı olmalı... 
Na d i r b ə y . Pəki, onun burada nə işi?.. 
Turxan b ə y . O, mühəndisdir, ehtimal ki, dəmiryola baqmaq için gəlmiş. 
Na d i r b ə y . Ehtimal ki... 
T u r x a n b ə y . O olsa fəna olmaz, Cəmildən eyi bir xəbər bilmiş oluruz. 
Bu sırada Bəypolad ilə aşıq Sultan içəri girər, salamlaşaraq adlarını bir-birinə söylərlər. Hər üçü oturur, yalnız aşıq ayaqda durur.
T u r x a n b ə y (Bəypolada). Təşrifiniz Barjomdanmı, əfəndim? 
B ə y p o l a d. Əvət... 
Na d i r b ə y . Cəmil bəyin keyfi nasıl? 
B ə y p o l a d. Əvvəllər azacıq yorğun kibi idi, lakin şimdi eyidir. Həm də sizə məxsusi salamı var. 
Na d i r b ə y . Təşəkkür edərim. 
B a y r a m (daxil olur, Turxan bəyə). Əfəndim, Çingiz bəy adam göndərmiş, 
diyor ki, bəy əfəndi evdə isə buyursunlar, bir az vaqt keçirəlim. 
T u r x a n b ə y . Söylə ki, misafirimiz var, əgər arzu edərsə kəndisi buyura bilir. 
Bayram çıqar. 
A ş ı q S u l t a n (Turxan bəyə). Bəndəniz gedəyimmi, əfəndim? 
T u r x a n b ə y. Gedə bilirsin, əzizim, fəqət sazını alıb geri dönmək şərtilə. 
Aşıq Nadir bəyə baqar. 
Na d i r b ə y . Zərər yoq, madam ki, arzu ediyorlar, sazını al da, gəl, fəqət çoq 
gecikmə! 
A ş ı q S u l t a n . Baş üstünə, əfəndim... (Çıqar.) 
Turxan bəy (Bəypolada). Doğrusu, böylə birdən-birə təşrif etməniz bəni o qadar 
sevindirdi ki!.. Nasıl təşəkkür edəcəyimi bilmiyorum. 
B ə y p o l a d. Əskik olmayın, əfəndim... 
N a d i r b ə y (Bəypolada). Nasıl? Cəmil kəndinə eyi arqadaşlar bulmuşmu? 
B ə y p o l a d. Xayır, o kimsəyə qarışmaz. 
Na d i r b ə y . Pəki, yalnız başına sıqılmıyormu? 
B ə y p o l a d. Niçin sıqılsın! Səhər-aqşam həmşirəmin qızı Humay ilə bərabər 
seyrə çıqarlar. 
Na d i r b ə y . Zənn edərsəm, Cəmil təbiətdəki gözəlliklərə pək məftun olmalı! 
B ə y p o l a d. Onu hiç sormayınız!.. Ya o, ya Humay xanım küçücük bir şəlalə qarşısında saatlarca dalıb gedərlər. 
Turxan bəy (Nadir bəyə). Ey, təbiətdəki gözəlliyə onlar məftun olmayıb da, bənmi olacayım? Gənclik öylə bir ne’mət ki, onunla hər şey insana xoş görünür. Ömür artdıqca həyatdakı nəş’ə də o nisbətdə əksilir; nəş’ə əksildikcə qeydi-həyat artar, qeyd artdıqca binlərcə sıqıntı-üzüntü insanı sarmağa başlar. (Divardakı saatı göstərərək). İştə bu saatın hər vuruşu həyatımız için ən müdhiş bir zərbə deməkdir... 
Bu sırada Ç i n g i z bəylə A r s l a n bəy daxil olurlar. 
Ç i n g i z b ə y (ciddi və məğrur bir ahənglə). Canım, biz alçaq könüllü peyğəmbərlərdəniz; dağ bizə gəlməzsə, biz dağın ətəyinə gedəriz. 
T u r x a n b ə y (qəhqəhə ilə). Hiç Çingiz adında peyğəmbər eşitdinizmi? 
Ç i n g i z b ə y (Turxan bəyə). Allah eşqinə, sən... sən hələ bəni tanımadınmı? (Məclisdəkilər ilə görüşürlər). 
T u r x a n b ə y (təkrar gülərək). Otur baqalım, əzizim, otur. Səninlə sonra qonuşacayım (Çingiz bəy və Arslan bəy otururlar). 
Ç i n g i z bəy (Bəypoladı diqqətlə süzərək). Əfsus ki, bəy əfəndiyi tanıyamıyorum. 
T u r x a n bəy (Çingizə). Nasıl!? Ha, ha, ha... İştə, Bəypolad həzrətləri; Cəmilin Barjom arqadaşı, həm də pək alicənab və möhtərəm bir zat! 
Ç i n g I z bəy (böyük bir heyrətlə yerindən qalqaraq). Aman, nə diyorsunuz! 
T u r x a n b ə y. Əvət, əzizim! 
Ç i n g i z b ə y (təkrar Bəypoladın əlini sıqaraq səmimi bir ciddiyyətlə). Şübhəsiz, Dağıstan tərəfindənsiniz, deyilmi? 
B ə y p o l a d. Əvət, qardaşım!.. Dağıstan türklərindənim. 
Ç i n g i z b ə y . Ah, bu görüşdən nə qadar məmnun oldum, bilirmisiniz? 
B ə y p o l a d. Əskik olmayın. 
T u r x a n bəy (Bəypolada). Əfəndim, Çingiz bəy Dağıstan xalqına qarşı pək başqa hörmət, pək başqa bir məhəbbət bəslər; dağıstanlı adı eşitdimi, büsbütün çıldırır. 
Ç i n g i z b ə y . Fəqət haqsızmıyım? Onu söyləyiniz!.. (Şeyx Şamilin divarda asılmış rəsminə yaqlaşaraq kəskin bir ahəng ilə). İştə həm fazil, həm cəngavər bir dağıstanlı! İştə Şeyx Şamil!.. Baqınız, yalnız şu heykəli-cəladət, şu qoca qəhrəman, ilələbəd dağıstanlı adını yaşatmaq için kafidir! Ah, nədənsə bilməm, daima şu böyük simaya qarşı qəlbimdə dərin bir hörmət, böyük bir məhəbbət hiss edərim. Şu parlaq nasiyədə, şu düşüncəli gözlərdə öylə mə’nalı bir əzəmət, öylə əzəmətli bir məhabət var ki, yalnız dostları deyil, düşmanları belə bir baqışda heyran olub qalırlar. 
T u r x a n bəy (yerindən qalqaraq). Yaşa, Çingiz, yaşa!.. Doğrusu, sözlərinizin hər biri birər elmas parçasından daha dəyərlidir. (Bu sırada aşıq Sultan içəri girər). Otur, aşıq, otur, baqalım. (Qapıya) Bayram! 
B a y r a m! (Bayramdan cavab gəlməz, Arslan bəy onu çağırmaq için qalqar). 
T u r x a n bəy (Arslan bəyə). Rica edərim, söylə çay gətirsinlər... 
A r s l a n b ə y . Bu saat, əfəndim. (Sağ qapıdan çıqar). 
T u r x a n b ə y . Haydı, Sultan, söylə baqalım!.. 
A ş ı q S u l t a n . Bəylər, əfəndilər nə əmr edər? 
Ç i n g i z b ə y . Sənin keyfin nə istərsə, onu... 
A r s l a n b ə y (daxil olub Turxan bəyə). İştə gəliyor, əfəndim... 
T u r x a n b ə y. Allah onun bəlasını versin. Bayram çay gətirir. Payladıqdan sonra çıqar. 
A r s l a n b ə y (Çingizin qulağına heyrətlə). Ah, Maral, nə Maral!.. Maral demə, bir cənnət pərisi... 
Ç i n g i z b ə y (hiddətli, fəqət alçaqdan). Arslan! Gözlərimin içinə bir eyi baq!.. 
A r s l a n b ə y (təlaş ilə). Aman! Rica edərim. 
Ç i n g i z b ə y (eyni ahənglə). Sən vicdanını nerdə qayb etdin? 
A r s l a n b ə y (şaşqın). Çingiz!.. 
Na d i r b ə y . Haydı, Sultan, söylə baqalım... (Çingizlə Arslan bəyə təbəssümlə). Gizli söhbət yasaqdır, əfəndilər!.. 
A ş ı q S u l t a n (başlar) E...yyy... 
Vicdanları parlaq tutan sevgidir, 
Sevgisiz könül ya daşdır, ya dəmir... 
Bir könülə iki sevgi yaraşmaz, 
Könül bir, sevgi bir, böyük Tanrı bir... 
(Mükərrər.) 
T u r x a n bəy (başını sallayaraq mütəfəlsəfanə təkrar edər). Könül bir, sevgi bir, böyük Tanrı bir... 
A ş ı q S u l t a n . Əfəndilər!.. 
Sevgidədir ancaq Allah rizası, 
Sevgisiz bir gönül şeytan yuvası... 
Qardaşım! Bu dünya kimsəyə qalmaz, 
Aldanma! Çürükdür əsli, əsası... 
(Mükərrər.) 
Ç i n g i z b ə y . Yaşa, Sultan, yaşa! 
Aşıq bir-iki öksürür. Bu sırada Bayram, bənzi uçmuş bir halda içəri girib döşəməyi gözdən keçirir, ciblərini araşdıraraq şaşqın və mütəcəssis bir halda çıqıb gedər.) 
A ş ı q S u l t a n . Aaxx... 
İnsan bir gün dikən, bir gün çiçəkdir, 
İnsan gah bir şeytan, gah bir mələkdir. 
Fənalıq, eyilik bil nə deməkdir! 
Yarın adın dastan olur dillərdə... 
(Mükərrər) 
Hər tərəfdən Sağ ol! Var ol! – deyə aşığı alqışlarlar. 
Aşıq (yenə dəvam edər). Ağalar!.. 
Nə buldular İsgəndərlər, Çingizlər!? 
Qanlar döküb, canlar yaqıb getdilər!.. 
Cihanı titrədib alt-üst etdilər, 
Qanlı bir iz bıraqdılar ellərdə... 
(Mükərrər) 
Ç i n g i z b ə y (nifrətlə). Aşıq!.. 
A ş ı q. Əfəndim... 
Ç i n g i z b ə y (qapıyı göstərərək hiddətli). Artıq yetişir, haydı dəf’ ol!.. 
T u r x a n b ə y (heyrətlə). Niyə, canım!? Nə oldu ki? 
N a d i r b ə y (mə’nalı bir qəhqəhədən sonra). Zərər yoq, Sultan, sən get. (Aşıq 
gedər). 
T u r x a n b ə y (Çingizə). Yazıq deyilmi ya!.. Niçin könlünü qırdın? 
Ç i n g i z b ə y (sinirli). Allah eşqinə, söylətmə bəni... 
T u r x a n b ə y. Pəki, nə oldu ki?! Söyləsənə!.. 
Ç i n g i z b ə y (qızğın). Daha nə olacaq!.. Böyük Çingiz, o sarsılmaz hökmdar tariximizin ən şanlı bir qəhrəmanı olduğu halda, təhqir ediliyor da kimsə əhəmiyyət vermiyor. 
Turxan bəy (Çingiz bəyə). Bu, təhqir deyil, əzizim, bəlkə tarixlərdə görünmüş bir həqiqətdir. 
Ç i n g i z bəy (ayaqda gəzinərək qayət sinirli). Əfv edərsiniz, əfəndim! Öylə çürük həqiqətlər bir taqım boş qafalara yerləşə bilir. Mühakiməli bir adam, öylə iftiralara əsla qulaq verməz. (Daha şiddətli). Azacıq insaf etməli, İştə hər millətin tarixi meydanda... Əcnəbilər böyük İsgəndər, böyük Napoleon deyə öz qəhrəmanlarına abidələr yapdırıyor,heykəllər dikdiriyorlar. Fəqət bizlər!.. Bizlər isə Çingiz kibi cihangirlərə, Teymur kibi qəhrəmanlara xunxar, canavar deyə ləkələmək istiyoruz! 
B ə y p o l a d (Çingiz bəyə). Doğrusu, bu xüsusda bən də səninlə həmfikirim. 
Gerçəkdən, millətimiz pək sönük, pək mühakiməsiz... Daima düşman ağzından 
eşitdiyi iftiraları bir həqiqət zənn edib də, ona görə söz söylər. Həm də bu iftiralar, bu 
həqarətlər ən ziyadə Şərq kitablarına məxsus bir haqsızlıqdır. 
T u r x a n bəy (Nadir bəyə). Pəki, bu xüsusda sən nasıl düşünüyorsun? 
N a d i r bəy (sandaliyədən qalqaraq məharətli bir natiq tevrilə). 
Hər kəs eyi bilir ki, bən əsla qan dökülməsini sevməm. Deyil ki, məxluqatın ən şərəflisi olan insanların, hətta zəif, aciz bir qarıncanınbelə qanına girmək, bəncə, əfv edilməz bir cinayətdir. Fəqət, tarixialəm bir dəfə gözdən keçirilsin... Şimdiyə qadar qansız, müharibəsiz hanki vəq’əyə rast gələ bilirsiniz? Birinci olaraq tarixi-müqəddəsi alın. Nə bulursunuz?.. İlk səhifədə Qabil kibi xain cəllad bir qardaş siyah nasiyəsilə qarşınızda dikilib durur. Sonra yapraqları çevirin! Dinisiyasi binlərcə qanlı səhifələr gözlərinizi qamaşdırır. Din və məzhəb bayrağı altında dökülən qanlar bir yana, siyasət naminə edilən məzalimi sayıb bitirmək için binlərcə, milyonlarca kitab lazım... Yalnız Çingizi, yaxud onun kibi bir-iki cihangiri haqsız görüb də başqalarını haqlı göstərmək, zənnimcə pək böyük bir haqsızlıqdır. 
B ə y p o l a d. Əvət, doğru, həm də pək doğru... 
Na d i r b ə y . Lakin yenə təkrar edərim, bəncə, əsil qəhrəmanlıq yara bağlamaqdadır, abad etməkdədir. Yoqsa həmcinsinə qıymaqdan, yaqıb-yıqmaqdan zevq alanlar, başqasının fəlakətində səadət arayanlar, birər adi cəlladdan başqa bir şey deyildir. 
Çingiz bəy (şiddətli qəhqəhələrlə). Öylə isə bütün insanlar, bütün təbiət, bütün kainat birər cəllad deməkdir. 
Bəypolad (saatına baqaraq ümuma). Əfsus ki, şərəfi-müsahibətinizdən məhrum olmaq zamanı yetişdi (Turxan bəyə). Müsaidə buyurulsa... 
T u r x a n b ə y. Nə əcələ ediyorsunuz, canım!.. 
B ə y p o l a d. Vəzifəm, rəsmi vəzifədir əfəndim, bir az daha geciksəm boynuma məs’uliyyət gəlir. Çünki şura bana müntəzirdir. 
T u r x a n b ə y. Bu şura niçindir, əcəba? 
B ə y p o l a d. Dəmiryol məsələsinə aiddir, əfəndim! 
T u r x a n b ə y. Pəki, bu gəlib-getməkdən biz nə anladıq?! 
B ə y p o l a d. Inşallah, yenə görüşürüz. 
Bu sırada Bayram şaşqın bir halda daxil olur, yenə ətrafı gözdən keçirir, bir daha ciblərini yoqlar. Boş qədəhləri toplayıb götürmək üzrə ikən bir-ikisini düşürür. 
T u r x a n b ə y. Nə olursun, bə!? Çıldırdınmı?! 
Bayram. Əfəndim, əfv edərsiniz... (Yaşarmış gözlərini silərək). 
Ah, bilməm çaldılarmı? Kəndimmi düşürdüm? Iki aylıq maaşım qoltuq cibimdə idi... (Hönkür-hönkür ağlayaraq). Getdi, əvət, getdi... Bütün əməyim hədər oldu, getdi... 
Bəypolad (kəskin və hiddətli bir tevr ilə Bayrama). Gəl buraya, oğlum! 
Bayram ona yaqlaşır və donuq bir vəziyyətlə baqıb dururkən Bəypolad sərt və atəşli bir sillə eşq edər, məclisdəkiləri dərin bir heyrət alır, Bayram da durduğu yerdə dona qalır. 
B ə y p o l a d (Bayrama). Qeyb etdiyin para nə qadardi? 
Bayram (titrək səslə). İki altın, əfəndim... 
Bəypolad cibindən iki altın çıqarıb Bayrama vermək istər. 
Turxan bəy (mane olaraq). Aman, rica edərim! Nə yapıyorsunuz? (Çantasını çıqarır). 
B ə y p o l a d. Xayır, əfəndim, bənimlə Bayramın arasına kimsənin girməsini istəməm. (Bayram əllərilə göz yaşını silər. Turxan bəyə baqaraq verilən parayı qəbul etmək istəməzsə də, Bəypolad zorla avcuna sıqışdırır və əlini onun omuzuna qoyaraq sərt və kəskin bir ahəng ilə). Bayram! Oğlum, Qulaqlarını eyicə aç! Sözümü, nəsihətimi dinlə!.. Sən bir baba yigitsən, bu hal sana yaraşmaz. Sən bir türk oğlusun, mərd oğul kökünü unutmaz. Ər oğlu ər ol, qəlbini dar tutma!.. Baq nə diyorum sana, sözlərimi unutma!.. (Qayət şiddətli və ağır bir ahəng ilə). 
Heysiyyətli bir baba yigit, nə oynar... nə gülər... nə də ağlar... Çünki oynamaq çingənələrin işidir, gülmək çocuqların payıdır, ağlamaq da dul qadınlara yaraşır... Anladınmı? İştə bu qadar! Haydı, get!.. 
Bayram qədəhləri alıb çıqar. 
B ə y p o l a d. Əfəndilər! Cəsarətimin əfv ediləcəyinə əminim, çünki səmimiyyətdən iləri gələn qüsurlar daima əfv edilir. Bir də bənim təbiətim bu!.. Nerdə boynu bükük və miskin bir erkəyə rast gəlsəm, dərhal sinirlərimə toqunur, baxüsus o adam türk qevminə mənsub olursa!.. 
Çingiz bəy (Bəypolada). Zatən bu böyük bir məziyyət, böyük bir fəzilətdir, əfəndim! 
B ə y p o l a d (Ümuma). Nə isə, təkrar əfvinizi istirham edər, Allaha ısmarlarım, qardaşlar! (Ağır adımlarla çıqar, məclisdəkilər də onu tə’qib edər). 
T u r x a n bəy (çıqdıqları sırada Bəypolada). Gəlişiniz bizi nə qadar məmnun etdisə... əmin olunuz ki, gedişiniz də bir o qadar məhzun ediyor. Bəypolad (qapı arasında). İnşallah, yenə görüşürüz. Artıq görünməz olurlar. Sonra Maral daxil olur, misafirlərin çıqdığı qapıya doğru 
iləriləyərək baqınıb düşünür. 
N a z l ı (gələrək). Getdilərmi? 
Ma r a l . Əvət, getdilər. (Yerdə sarı bir gül görüb alır. Nazlıya göstərərək yarı məhzun, yarı mütəbəssim bir halda). Baq!.. Bir baq, Nazlı bacı!.. Ayaqlar altında əzilən bu bədbəxt gülü, bu vərəmli çiçəyi görüyormusun?! Beş gün sonra, İştə bən də bunun kibi təvərrüm edərim! 
N a z l ı (mütəəssir və nəvazişkar bir səslə). Ah, yavrum!.. 
Ma r a l . Əvət, beş gün sonra, bən də bunun kibi sönüb gedərim. 
N a z l ı (masa üzərində bir cığara qutusu görüb alaraq). Bu nə? Bu gümüş qutuyu kim unutmuş? 
Ma r a l . Kim bilir!.. Bəlkə yeni gələn misafirindir. 
N a z l ı . Baqınız, İştə, yazısı da var. 
Maral (alıb oquyaraq). Bunu Arslan bəyə yadigar vermişlər... 
(Dərin bir ah çəkər). 
N a z l ı . Öylə isə Bayramı çağırayım da, tez qoşub kəndisinə versin. 
Ma r a l (dərin bir sükutla düşünür). 
N a z l ı . Çağırayımmı?.. 
Ma r a l . Pəki, çağır! 
Nazlı sağ qapıdan çıqar. Maral məhzun bir nəzərlə qutuya baqıb düşünür. Bu sırada Arslan bəy sol qapıdan əcələ içəri girər. 
Ma r a l . Ah!.. (deyə şaşırır, qutu əlindən düşü verir). 
A r s l a n b ə y . Aman, əfv edərsiniz... Qaliba sizi rahatsız etdim? Maral (məhcub). Xayır, xayır... (Qutuyu yerdən almaq istər). 
A r s l a n b ə y (çapucaq kəndisi alaraq). Aman, zəhmət etməyiniz!.. 
M a r a l (yarı naz, yarı məhcubiyyətlə). Xayır, nə zəhməti var. 
A r s l a n b ə y . Müsaidənizlə, sizə küçük bir rica etmək istərim, amma... 
Maral (sükut edər). 
A r s l a n b ə y . Şu əlinizdəki gülü bana verirmisiniz? 
M a r a l (süzgün bir baqışla uzataraq). Alınız!.. 
A r s l a n b ə y (gülü alıb qoqlayaraq). Ah, bilsəniz bu yadigara... əvət, əllərinizi öpmüş olan bu munis gülə, ömrüm olduqca pərəstiş edəcəyim. Həm də son nəfəsimdə bunu qoqulayaraq dünyadan gedəcəyim. (Pərəstişkaranə və məftunanə baqışlardan sonra, haman dışarı fırlar). 
M a r a l (qapıya doğru ilərilər, məhzun və yaralı bir səslə). Ah, Arslan, Arslan, 
Arslan!.. (deyə əli alnında, boynu bükük və dalğın bir halda qapıya dayanır). 

Pərdə
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Gözəl süni şəlalə

Redaktor seçimi

SON XƏBƏRLƏR