Slimfit
  1. ƏDƏBİYYAT

Hüseyn Cavid - İki həmşireyi-lətafətü an

Hüseyn Cavid - İki həmşireyi-lətafətü an
Sakura

Hüseyn Cavid - İki həmşireyi-lətafətü an

Bəzən əsla umulmayan yerdən,
Nə qədər bəxtiyar olur insan!
İştə, bən yəs içində inlərkən,
Ruhi-məcruhimi edər xəndan,
İki sevda pərisi ləməfşan.
Biri — nevrəstə, nevdəmidə çiçək...
Biri — nadidə, naşinidə mələk...

Birinin çöhreyi-dilaşubi,
Ləbi-gülgüni, çeşmi-məxmuri,
Zülfi-şəbrəngi, rəngi-məhcubi,
Qərq edər nurə qəlbi-rəncuri;
Şərqə məxsus o bir gözəl huri...
Kim bilir! Bəlkə şimdi cənnətdən
Yerə enmiş gəzər o qönçədəhən.

Lakin əfsu...s qeyri-qabildir,
Bəncə təsviri-halı digərinin.
O bir ülvi xəyalə bənzətilir
Ki, edər hər baqışda şair için
Pürməali nəşidələr təlqin.
Söylüyor iştə hər bir əzası
Ki, bənim əsrin ən gözəl Venosı.

Gərdəni-safini öpən o xəfif,
O təməvvücnüma ipək saçlar,
Nəşr edər kainata qarşı lətif,
Pürzəhəb bir ziyayi-rayihədar,
Nəşvəza bir bahari-pürəzhar.
O səmavi nigahə qarşı fəqət,
Duyar insan mədid bir heyrət.

Şu dilara, sevimli mənzərədən
Ruhə bir başqa etila gəliyor.
O gözəl çöhrələr gülümsərkən 
Saçar ətrafə sanki nuri-şürur,
Ah, mümkünmü olmamaq məshur?!
Qadın! Ey möhtərəm ənisi-bəşər!
Sənsiz öksüz qalırdı hissi-bəşər!


Böyükada.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1989-cu ildə üç rəngli bayrağımız ilk dəfə Gəncə Şəhər İcra Hakimiyyəti binasının üzərində dalğalanmışdır.

Redaktor seçimi

SON XƏBƏRLƏR