Dərc edildi: Baxış sayı: 658
Hüseyn Cavid - İbtilayi-qəram
Dinliyorkən lisani-şerimi bən,
Bir yetimin lisanhalı kibi,
Yüksəlir bir inilti qəlbimdən,
Titrədir ruhi-lərzədar şəbi.
Daima bir sərabə aldanırım;
Ağlaram, sızlaram, fəqət o zaman,
Ruhi-şerimdə çırpınır sanırım
Bir qırıqlıq, bir ehtiyaci-nihan.
Öylə bir ehtiyaci-mübrəm ki,
Ona vabəstə etilayi-xəyal,
Şer-şair bulur onunla kəmal.
İştə ahəngi-leyl, səmti-səma,
İştə dalğın dəniz diyor sanki
Həp sükuti-bəliğ içində bana:
Ruhi-şairdə mevcidi-ilham
Bir məziyyət var: “İbtilayi qəram!..”
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət