Slimfit
  1. ƏDƏBİYYAT

Hüseyn Cavid - Hali-əsəfiştimalımı təsvirdə bir ahi-məzlumanə

Hüseyn Cavid - Hali-əsəfiştimalımı təsvirdə bir ahi-məzlumanə
Sakura

Hüseyn Cavid - Hali-əsəfiştimalımı təsvirdə bir ahi-məzlumanə

Hər kəs aləmdə bir bəlayə düçar
Olur, amma mənim kimi olamaz.
Künci-möhnətdə qalmışam naçar,
Bu könül dərdinə dəva bulamaz.
Qəmi-hicrilə biqərar olmuş,
Çünki məhcur bəzmi-yar olmuş.

Könlümün halını edər təsvir
Ruyi-zərdimlə, çeşmi-xünbarım.
Əhli-zövq istər eyləsin təqdir
Ki, nasıl yar imiş mənim yarım.
Hər kəsin zikri bəzmi-zövqü səfa,
Virdim olmuş mənim də va əsəfa.

Edər eşq əhli rəsmi-yarə maraq,
Ehtimal alsın onla həsrətini.
Yarım olmaz mənim gözümdən iraq.
Bulmuşam çün könüldə surətini.
Ürəyim rəngi-ərğəvan olmuş, 
Ərimiş laxta-laxta qan olmuş.

Mənə layiq görürsə əhli-qərəz, 
Bənzədim yarımı çəmən gülünə.
İstəməm versələr cahanı əvəz,
Dağınıq zülfünün kəsik telinə. 
Deyəməm ki, nə dürlü zibadır,
Xələt ol yarə qanlı dibadır.

Yarələr cismi-nazəninindən
Qızarır, sanki qönçeyi-güldür.
Zəf məşhuddur cəbinində
Məncə təsviri-halı müşküldür.
Məhv olur fikr edincə cismü tənim,
Aman allah! Odur mənim vətənim!

Bir zaman bu vətən maarifcə
Sayılırdı yer üzrə bir gülşən.
Kəsbi-qəflət edib təsadüfcə
İmdi olmuş libası qanlı kəfən.
Get-gedə qabili-zəval olmuş,
Ayaq altında paymal olmuş.

Biz, həqiqət, zavallı yavrularız,
Bu vətən bir sevimli validədir.
Əbəs əğyardan vəfa umarız,
Babamız yox ki?! Böylə haldədir.
Bizə göz tikmiş ol vəfa kanı,
Madərin yavrusilədir şanı.

Ey vətən! Ey könül pərəstarı!
Var ümidim, qüsurə baxmıyasan,
Bizə tərcih edib də əğyarı,
Buraxıb nari-hicrə yaxmıyasan.
Səni bu halə saldı qəflətimiz,
Daha əfv et, yetər nədamətimiz.

Gülüyor həp tamam əhli-cahan
Bu əsəfiştimali-halimizə,
Aman allah! Nə dərdi-bidərman,
Gəliyormiydi heç xəyalimizə.
Bizi, ey yer! Yarıl da kamına çək!
Eyidir bu həyatdan ölmək.

Mayeyi-iftixarı ər kişinin
Vətən uğrunda bəzli-himmətdir.
Lafə baxmazlar, iştə hər kişinin
İşi ayinəsində müsbətdir.
Qeyrət istər ki, can nisar edəlim,
Mədəniyyətlə iftixar edəlim.

Daha məhv etdi artıq istibdad,
Yıxdı zülm atəşinə canımızı.
Oldu hər bir hüququmuz bərbad,
Dinləməz kimsə əlamanımızı.
Bu nə dəhşətli haldır, ya rəb,
Biləməm ki, nədir bu halə səbəb.

Ey vətən! Səndə parlayanda ziya
Büsbütün əhli-qərb cahil imiş.
İmdi bulmuş vüqu əksi-qəza,
Əcəba, bu nasıl təqafil imiş?
Kim təsəvvür edərsə bu hali,
Varlığı hissdən olur xali.

Bizi bu halə sövq edən biar
Mütləqa xabi-cəhlə dalmış imiş.
Bizi iğfal edən zaman əğyar
Dövri-aləmcə mat qalmış imiş.
İmdi qeyrət edərsə millətimiz,
Yenə övdət edər səadətimiz.

Hər şitai-bahari mövcib olur,
Vardır əmniyyətim bu halə mənim,
Yenə onlar ən əski halı bulur,
Heç maraq etmə, nazənin vətənim.
Mənə gəl! Gəl mənə, zavallı vətən!
Heç unutmam səni bu halilə mən.

Dəxi yad etmə bir də maftalı,
Möhtəmil şahrahə yol bulalım.
Hələ saçmaqda ol füyüzatı
Ləməatilə feyzyab olalım.
Vardır ümmid sübhi-iqbalə,
Şəbi-hicranə yoxmu dünbalə?!

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Kapri, İtaliya

Redaktor seçimi

SON XƏBƏRLƏR