Slimfit
  1. ƏDƏBİYYAT

Hüseyn Cavid - Ey ruhi-pürsükun!

Hüseyn Cavid - Ey ruhi-pürsükun!
Sakura

Hüseyn Cavid - Ey ruhi-pürsükun!

Ey bənliyimdə hakim olan ruhi-pürsükun!
Ey ruhi-münfəil! Səni gördükcə həp zəbun;
Gördükcə daima səni sərgəşteyi-zünun,
Həp varlığım haman oluyor sanki tarümar.

Sən bəxtiyar idin o zamanlar ki, büsbütün
Bir şerü zevq içində yaşardın... Fəqət bu gün,
Baq, ziştbin olub da nə buldun? Bir az düşün!
Həp kainata qarşı nədir bunca iğbirar?

Hər şey sənin gözündə bir əfsanə, bir yalan...
Bir aldanış demək bütün alayişi-cihan.
Sevmək, sevilmək, eşq, vəfa, xəndə ya fəğan -
Bunlar da göstərişmidir, ey ruhi-sərədar!?

Aldanmamaq; bu, səncə bu gün iştə son məraq...
Guya sərabi-müğfil imiş həp yaqın, uzaq;
Lakin yetər, şu halı bıraq, istəməm, bıraq!
Əsla təhəmmül etməyə yoq bəndə iqtidar.

Aldan bir az, yazıq sana!.. Qəhr olduğun yetər,
Baq, aldanıb da çırpınaraq zümreyi-bəşər
Daim qoşar ümidi-səadətlə bixəbər,
Daim xəyal içində yaşar, həm də bəxtiyar...

Çıq şübhədən, sükunu bıraq, aç da balü pər,
Çırpın fəzayi-zevqi-şətarətdə pürzəfər,
Qoş daima məhəbbətə, nifrətdən et həzər!
Bədbin olub da kəndinə dünyayı qılma tar!

Çırpın kədərlərinlə, sürurunla daima;
Bəzən kədər, düşüncə, qırıqlıq da bir səfa...
Sev, ağla, inlə! Bəlkə bulursun bir az şəfa,
Çırpın xəyalü hiss ilə həp məstü biqərar.

Bir nazlı çöhrə, ya düşünür bir həzin nigah,
Bir giryə, bir təbəssümi-nazik, dərin bir ah,
Bir şairanə mənzərə, bir qanlı hərbgah,
Xoş bir şükufəzar və ya tazə bir məzar.

Hər levhə bir həqiqəti söylər təranədir,
Hər kölgə hissi oqşayacaq bir bəhanədir.
Dünya nədir? O, iştə fərəhnakü münkəsir
Bir aşiyani-zevqü səfa, bir xərabəzar...

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Görkəmli şairlərimiz Rəsul Rza və Nigar Rəfibəyli həyat yoldaşı olmuşlar. Onlar xalq yazıçısı Anarın valideynləridir.

Redaktor seçimi

SON XƏBƏRLƏR