Slimfit
  1. AVTO VƏ MOTO

Hummer elektrik pikapı şəklində geri qayıdacaq

Hummer elektrik pikapı şəklində geri qayıdacaq
Sakura

Hummer elektrik pikapı şəklində geri qayıdacaq

General Motors konserni bazarda Hummer adı altında satılacaq elektromobili haqqında məlumatı dərc edib. GM prezidenti Mark Reussun sözlərinə görə, pikap bir neçə variantda güc qurğusuna, o cümlədən təxminən 1000 at qüvvəsi gücü olan üçmühərrikli qurğunu da alacaqdır. Yerindən 60 mil/saat (97 km/saat) həddinə sürətlənməyə elektro-Hummer təxminən üç saniyə sərf edəcəkdir.

Şirkət konkret olaraq hansı modifikasiyanın dinamikasından söhbət getdiyini dəqiqləşdirməyib. Çox güman ki, söhbət üç elektrik mühərrikinə malik olan üst versiyadan gedir. Batareya tutumu, yürüş ehtiyatı (ilkin məlumatlara görə 650 km olacaqdır) və maksimal sürət həddi barədə məlumatlar, modelin mayın 20-də keçiriləcək təqdimatı öncəsi açıqlanacaqdır. Elektriklə hərəkətə gələn Hummer 2021-ci ilin payızında satışa çıxarılacaqdır.

Pikap, BT1 platformasının üzərində inşa ediləcəkdir. BT1, yeni Chevrolet Silverado, Tahoe və Suburban modellərinin inşa edildiyi T1XX platformasının elektromobillər üçün nəzərdə tutulmuş variantlarından biridir.

1000 at qüvvəsinə malik olan pikapın ilk görüntüsü yanvar ayının sonunda peyda olub - istehsalçı şəkildəki modelin seriyaöncəsi model olduğunu bildirib. Şəkildə, kuzovboyu uzanan ön LED fənərləri, damdakı hərəkət işıqlarını və kiçik GMC emblemini görmək olar.

Elektriklə hərəkətə gələn Hammer modelinin istehsalı Miçiqandakı Detroit-Hamtramck zavodunda yerləşdiriləcəkdir. Bu müəssisənin modernləşdirilməsinə qoyulacaq sərmayənin həcmi 2,2 milyard dollar olacaqdır. Elektropikap GMC dilerləri vasitəsilə satılacaq.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Xalq yazıçısı Mirzə İbrahimov görkəmli tarzən Qurban Pirimovun kürəkəni olmuşdur.

Redaktor seçimi

SON XƏBƏRLƏR