Dərc edildi: Baxış sayı: 410
Humanitar vəziyyət barədə iddiaların saxtalığı sübut edildi
Azərbaycanın Qarabağ iqtisadi rayonunda gərgin humanitar vəziyyət barədə iddiaların saxta olduğu sübuta yetirilib.
Ens.az Axar.az-a istinadən xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Almaniyanın xarici işlər naziri Annalena Berbok ilə telefon danışığında deyib.
O vurğulayıb ki, Azərbaycan tərəfi Beynəlxalq Qızıl Xaç Komitəsi vasitəsilə Ağdam-Xankəndi yolundan və Laçın yolundan yüklərin daşınması üçün sinxronlaşdırılmış istifadənin təşkil edilməsi barədə təkliflərin Ermənistan və yaradılmış qondarma rejim tərəfindən rədd edilməsini humanitar vəziyyət barədə iddiaların saxta olduğunu sübuta yetirir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət