Slimfit
  1. SİYASƏT

Hulusi Kılıç: Ermənilərin 1918-ci ildə Azərbaycan xalqına qarşı törətdiyi soyqırımı bəşəriyyət əleyhinə cinayətdir

Hulusi Kılıç: Ermənilərin 1918-ci ildə Azərbaycan xalqına qarşı törətdiyi soyqırımı bəşəriyyət əleyhinə cinayətdir
Sakura

Hulusi Kılıç: Ermənilərin 1918-ci ildə Azərbaycan xalqına qarşı törətdiyi soyqırımı bəşəriyyət əleyhinə cinayətdir

31 mart - Azərbaycanlıların Soyqırımı Günü bəşər tarixində insanlıq əleyhinə ən ağır cinayətlərdən sayılır. Yüz üç il əvvəl, 1918-ci ilin mart-aprel aylarında Bakı Sovetinin mandatı altında fəaliyyət göstərən daşnak-bolşevik silahlı dəstələri tərəfindən Bakı şəhərində, habelə Bakı quberniyasına daxil olan digər şəhər və qəzalarda xüsusi qəddarlıqla kütləvi qırğınlar törədilib. Bu cinayətin təşkilində və icrasında əsas məqsəd Azərbaycan dövlətinin yaranmasının qarşısını almaq, bölgəni müsəlman-türk əhalidən təmizləmək olmuşdur.

Ens.Az-ın məlumatına əsasən,bu fikirləri AZƏRTAC-a açıqlamasında Türkiyənin Azərbaycandakı sabiq səfiri Hulusi Kılıç ifadə edib.

Erməni lobbisinin hələ də xülyalarla yaşadığını təəssüflə ifadə edən səfir Hulusi Kılıç bildirib ki, ümummilli lider Heydər Əliyevin məlum Fərmanı ilə martın 31-i Azərbaycanlıların Soyqırımı Günü elan olunub. O deyib: “Sovet hakimiyyəti dövründə Azərbaycanın əsl tarixini, o cümlədən Qafqaz həqiqətlərini təhrif etmək üçün böyük haqsızlıqlar edilib. 1918-ci ilin mart-aprel qırğınlarını unutdurmaq üçün böyük hiyləgərliklərin şahidi olmuşuq. Şəhidlərin uyuduğu ərazidəki məzarlığı yaddaşlardan silmək istəsələr də, indi bu yerdəki Şəhidlər xiyabanı Azərbaycan xalqının qibləgahına çevrilib”.

Təcavüzkar Ermənistanın Azərbaycana qarşı sistemli və düşünülmüş düşmənçilik siyasətindən bəhs edən səfir Hulusi Kılıç deyib: “Artıq tarixin zibilliyinə atılan Dağlıq Qarabağdakı qondarma erməni rejimi ötən il martın 31-də bölgədə uydurma bir “səsvermə” keçirdi. İndi ortada məntiqi bir sual var: Necə oldu sizin keçirdiyiniz üzdəniraq “seçkilər”? Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə yenilməz Azərbaycan Ordusunun ötən ilin payızında 44 günlük Vətən müharibəsində tarixi Qələbə qazanaraq işğala son qoydu. Bu gün Azərbaycan və Türkiyə bölgədə sülhün, əməkdaşlığın təminatçısıdır”.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Xurşidbanu Natəvan və Qasım bəy Zakirin də qohumluq əlaqələri vardır. Hər ikisi Cavanşirlər sülaləsindəndir.

Redaktor seçimi

SON XƏBƏRLƏR