Slimfit
  1. SİYASƏT

Hulusi Kılıç: Azərbaycan güclü iqtisadiyyata və qüdrətli orduya malik olan dövlətdir

Hulusi Kılıç: Azərbaycan güclü iqtisadiyyata və qüdrətli orduya malik olan dövlətdir
Sakura

Hulusi Kılıç: Azərbaycan güclü iqtisadiyyata və qüdrətli orduya malik olan dövlətdir

Azərbaycanın müstəqilliyinin bərpasından ötən 33 il ərzində respublika özünü beynəlxalq münasibətlərin nüfuzlu iştirakçısı, inkişaf etmiş, güclü iqtisadiyyatı və qüdrətli ordusu olan dövlət kimi təsdiq edərək, həqiqətən də tarixi nailiyyətlər əldə edib.

Bu sözləri Türkiyənin Azərbaycandakı sabiq səfiri, “İMZA” Sosial İnkişafa Dəstək İctimai Birliyinin Türkiyədəki nümayəndəsi Hulusi Kılıç AZƏRTAC-ın müxbiri ilə söhbətində deyib.

Onun sözlərinə görə, müasir Azərbaycanın uğurlarının təməlində güclü lider, düşünülmüş siyasət, qüdrətli ordu, inkişaf etmiş iqtisadiyyat və ən əsası öz Prezidentinin ətrafında birləşmiş xalq kimi mühüm amillər dayanır.

Agentliyin həmsöhbəti Ümummilli Lider Heydər Əliyevin Bakıya qayıdışını Azərbaycanın müstəqilliyinin bərpasının ilk illərində baş verən taleyüklü hadisə adlandırıb. O qeyd edib ki, müasir Azərbaycanın uğurlarının əsası məhz dahi siyasətçinin hakimiyyəti illərində qoyulub və onun layiqli davamçısı olan Prezident İlham Əliyev tərəfindən daha da möhkəmləndirilib.

Ümummilli Liderin siyasətinin prioritetlərindən birinin də Azərbaycanın iqtisadi inkişafı olduğunu diqqətə çatdıran Hulusi Kılıç vurğulayıb: “Heydər Əliyev regionda real vəziyyətlə bağlı həqiqətləri dünya ictimaiyyətinə çatdıra, Ermənistanın təcavüzünün nəticələri, Azərbaycan torpaqlarının işğalı, bir milyondan artıq qaçqın və məcburi köçkünün problemləri haqqında aydın təsəvvür formalaşdıra bilirdi. Bir çox uğurlu islahatlar və transformasiyalar müasir Azərbaycan dövlətçiliyinin banisinin adı ilə bağlıdır”.

Kılıç bildirib ki, Heydər Əliyevin vəsiyyətləri Azərbaycanda yüksək inkişaf tempinə nail olan Ali Baş Komandan, Prezident İlham Əliyev tərəfindən mərhələ-mərhələ həyata keçirilib və bu, həm də işğalçıları respublikanın tarixi torpaqlarından qovan qüdrətli ordunun yaradılmasına imkan verib.

Sabiq səfir Azərbaycanın işğal olunmuş torpaqlarının azad edilməsini bütün Türk dünyasının tarixində mühüm səhifə kimi dəyərləndirib.

 

Kılıç 106 il əvvəl Şərqdə ilk demokratik dövləti elan etmiş Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının xatirəsini də yad edib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Məmmədbağır Bağırzadə (1950-2005) və Gülşən Qurbanova (1950-2006)

Redaktor seçimi

SON XƏBƏRLƏR