Slimfit
  1. HƏRB

Hulusi Akar: “Monitorinq mərkəzində xidmət aparacaq türkiyəli hərbçilər Azərbaycana yollanıb

Hulusi Akar: “Monitorinq mərkəzində xidmət aparacaq türkiyəli hərbçilər Azərbaycana yollanıb
Sakura

Hulusi Akar: “Monitorinq mərkəzində xidmət aparacaq türkiyəli hərbçilər Azərbaycana yollanıb

Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akar bildirib ki, Monitorinq mərkəzində xidmət aparacaq bir qrup türkiyəli hərbçi artıq Azərbaycana yollanıb və xidməti vəzifələrini yerinə yetirmək üçün hazır vəziyyətdə müvafiq əmr gözləyir.

 “Haber Global”ın xəbər verir ki, H.Akar bu barədə yüksək rütbəli Türk hərbçilərlə ilin yekunlarına dair iclasda çıxış edərkən məlumat verib.

H.Akar qeyd edib ki, atəşkəsə nəzarət üzrə monitorinq mərkəzinin inşası yekunlaşandan dərhal sonra bir türkiyəli general və 35 zabit xidməti vəzifələrinin icrasına başlayacaq.

“Humanitar yardım fəaliyyətləri çərçivəsində də azərbaycanlı qardaşlarımıza əlimizdən gələn dəstəyi verdik və verməkdə davam edəcəyik. Azərbaycanlı qardaşlarımızın haqlı və şərəfli mübarizəsində yanındayıq”, -  deyə H.Akar bildirib.

Mənbə: Oxu.Az 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şuşalı kişi, 1890-cı il.

Redaktor seçimi

SON XƏBƏRLƏR