Slimfit
  1. SİYASƏT

Hulusi Akar: "Ermənistan xaricdən gətirdiyi muzdluları geri göndərməlidir"

Hulusi Akar: "Ermənistan xaricdən gətirdiyi muzdluları geri göndərməlidir"
Sakura

Hulusi Akar: "Ermənistan xaricdən gətirdiyi muzdluları geri göndərməlidir"

"Ermənistan hücumları dərhal dayandırmalı, xaricdən gətirdiyi muzdluları, terrorçuları geri göndərməlidir".

Ens.az “Report”-a istinadən xəbər verir ki, bunu Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar söyləyib.

Nazir deyib: “Sülh yolu ilə həllə çağırış edənlər, “dərhal atəşkəs” istəyənlər, dialoqu indi xatırlayanlar, Azərbaycan ərazisinin 20 faizinin o cümlədən Dağlıq Qarabağ ilə altında olarkən, Xocalıda minlərlə günahsız insan vəhşicəsinə, haqq-hüquq tanımadan uşaq, qadın və yaşlı demədən qətlə yetirilərkən, 30 ildir milyonlarla insanın evindən, yurdundan didərgin düşərkən harada idilər? Türkiyə ilə Azərbaycan arasındakı münasibətlər “bir millət, iki dövlət” prinsipinə əsaslanır. Kədərdə də, sevincdə də daim bərabərik. Bu gün doğma torpaqlarını qorumaqda azərbaycanlı qardaşlarımızın yanındayıq. Ermənistan dərhal hücumları dayandırmalı, xaricdən gətirtdiyi muzdluları, terrorçuları geri göndərməli və Azərbaycanın işğal edilmiş torpaqlarını boşaltmalıdır. Beləliklə, atəşkəs, sülh və sabitlik təmin edilməlidir”.

 
 
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İsa Hüseynov, Nəbi Xəzri və Məstan Günər bacanaq idi. Onlar şair Davud Nəsibin bacıları ilə evlənmişdilər.

Redaktor seçimi

SON XƏBƏRLƏR