Dərc edildi: Baxış sayı: 698
Hulusi Akar Bakıya gələcək
Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Teleqraf.com xəbər verir ki, görüşdə çıxış edən Mövlud Çavuşoğlu bildirib ki, Prezidentlərinin onlara bir tapşırığı var: “Bu prosesdə qardaş Azərbaycanı tək qoymayın və davamlı olaraq oraya - Bakıya gedin və birlikdə hərəkət edin. Müdafiə nazirimiz, digər yoldaşlarımız, Binəli bəy də gələcək, Məclis sədrimiz buradadır”.
Nazir əlavə edib ki, Türkiyə Azərbaycanın döyüş meydanındakı qələbələri ilə fəxr edir: “Bütün dünyaya türkün gücünü göstərdiniz, qürur duyuruq. İnşallah, öz əzəli torpaqlarımızı bu uğurlu əməliyyatlarla geri qaytaracağıq”.
Ens.az
Qeydiyyat tarixi:
Ens.az - 4 dildə xəbərlər və ensiklopediya saytı
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət