Slimfit
  1. KOSMOS

"Hubble" teleskopu Yupiterdə fırtına görüb

"Hubble" teleskopu Yupiterdə fırtına görüb
Sakura

"Hubble" teleskopu Yupiterdə fırtına görüb

Alimlər "Hubble" teleskopunun köməyilə Yupiterdə avqustun 18-dən başlanmış unikal ağ fırtınanın təsvirini əldə ediblər. Təsvir teleskopun rəsmi saytında yerləşdirilib.

Ens.Az AZƏRTAC-a istinadən bildirir ki, təsvir avqustun 25-də, planet Yerdən 653 milyon kilometr məsafədə olarkən əldə edilib. Kadrda nəhəng planetdən solda onun peyklərindən biri olan Avropa görünür.

Məlumatda bildirilir ki, "Hubble" vasitəsilə əldə edilmiş yeni təsvir unikal və cəlbedicidir - şimal enliklərində uzanmış parlaq və ağ fırtına saatda 560 kilometr sürətlə hərəkət edir.

Günəş sisteminin ən böyük planeti olan Yupiter qaz nəhəngi kimi xarakterizə edilir. Yupiterin 79 peyki var. Onlar arasında İo, Avropa, Qanimed və Kallisto ən böyükləridir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Belçikada göy meşə.

Redaktor seçimi

SON XƏBƏRLƏR