Slimfit
  1. TEXNOLOGİYA

“Huawei” şirkəti “P30” və “P30 Pro” smartfonlarını təqdim edib

“Huawei” şirkəti “P30” və “P30 Pro” smartfonlarını təqdim edib
Sakura

“Huawei” şirkəti “P30” və “P30 Pro” smartfonlarını təqdim edib

“Huawei” şirkəti “P30” və “P30 Pro” smartfonlarını təqdim edib.
 
ICTnews” Elektron Xəbər Xidməti “lenta.ru” saytına istinadən yazır ki, “P30” modeli 6,1 düym diaqonallı displey, “P30 Pro” modeli isə 6,47 düymlük displeylə təchiz edilib. Hər iki ekran “OLED” texnologiyası üzrə işlənib hazırlanıb, 2340x1080 nöqtə təsvir ölçüsünə malikdir və tərəflər nisbəti 19,5:9 təşkil edir. Həmçinin smartfonlar 2,6 QHs takt tezlikli 8 nüvəli “Kirin 980” prosessoru ilə təchiz edilib. “P30” modeli 6 QB əməli yaddaş, “P30 Pro” isə 8 QB əməli yaddaşa malikdir. Hər iki aparatda displeyin alt hissəsində barmaq izi skaneri və sifət skaneri quraşdırılıb.
 
“Huawei P30” smartfonu 40, 20 və 8 meqapiksellik sensorlardan ibarət 3 qat əsas kameraya malikdir. 20 meqapiksellik sensor çox geniş icmal bucağına malikdir, 8 meqapiksellik sensor isə 5 qat optik böyütməni təmin edir. Həmçinin smartfonun kamerası 10 qat hibrid və 50 qat rəqəmli böyütməni dəstəkləyir. “P30 Pro” smartfonu yalnız əlavə ToF kamera ilə fərqlənir. Bu kamera portret rejimində arxa planın bulanıqlığını yüksəldir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Məcburi köçə məruz qalan Bolqar Türklərinin qatardan çıxış anı 1989-cu il

Redaktor seçimi

SON XƏBƏRLƏR