Slimfit
  1. TEXNOLOGİYA

Huawei-in baş direktoru iPad istifadə edir

Huawei-in baş direktoru iPad istifadə edir
Sakura

Huawei-in baş direktoru iPad istifadə edir

Şirkət rəhbərlərinin rəqib markaların məhsullarından istifadə etmələri daim çaşqınlığa səbəb olur. Bu cür hadisələrə dəfələrlə şahid olmuşuq.

Bu dəfə “Huawei” şirkətinin icraçı direktoru Ren Zhengfey Apple planşeti – iPad ilə görüntülənib. 

TED.az xəbər verir ki, Çin sosial mediası olan “Weibo”nun paylaşdığı görüntüdə “Huawei” şirkətininn icraçı direktorunun çantasından iPad çıxması əks olunub. Zhengfeyin iPad ilə görüntülənməsi dünya mətbuatında böyük hay-küyə səbəb olsa da, şirkətin Apple-la şəxsi düşmənçiliyinin olmadığını söyləməliyik.

Qeyd edək ki, R.Zhengfey bu ilin əvvəllərində verdiyi açıqlamaların birində “övladlarım Apple məhsullarına üstünlük verirlər” ifadəsini işlətmişdi. Hətta onun qızı Meng Wanzhou keçən il Kanadada həbs olunan zaman çantasından iPhone, MacBook və iPad çıxmışdı.

İcraçı direktor bildirib ki, ailə üzvlərinin “Apple” istifadə etməsi onların “Huawei”i sevmədiyi anlamına gəlmir.

Başqa bir müsahibəsində R.Zhengfey Apple-ı dünyanın lider şirkəti adlandırıb: “Apple olmasaydı, mobil internet olmazdı. Apple bu gözəllikləri bizə göstərməsəydi, dünyanı görə bilməyəcəkdik”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Gəncəli kişilər məşhur Şah Abbas məscidi qarşısında. 1900-cü il.

Redaktor seçimi

SON XƏBƏRLƏR