Dərc edildi: Baxış sayı: 709
Huawei-ə görə bir neçə şirkət ABŞ-ın qara siyahısına düşdü
Amerika Birləşmiş Ştatları Huawei-in ABŞ texnologiyasına əlçatanlığını minimuma endirmək üçün qadağaların sayını artırıb.
Ens.Az ted.az-a istinadən bildirir ki, yeni qadağalarla Huawei-in tabeliyindəki 38 kiçik şirkət də qara siyahıya salınıb. Həmin şirkətlərin 21 ölkədə fəaliyyət göstərdiyi bildirilib. Bu qadağalarla Huawei-in ABŞ texnologiyasından yararlanmaqla inkişafının qarşısının alınacağı qeyd olunub.
ABŞ xarici işlər naziri Mike Pompeo isə Huawei-i Çin Kommunist Partiyasının bir qolu kimi gördüklərini, bunu diqqətdə saxlayaraq hərəkət etdiklərini söyləyib. Qeyd edib ki, ABŞ beynəlxalq təhlükəsizliyini təmin etmək üçün şirkətə məhdudiyyətlər qoymaqda davam edəcək.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət