Slimfit
  1. TEXNOLOGİYA

“Huawei”: 4 robot növü tezliklə ailənin üzvünə çevriləcək

“Huawei”: 4 robot növü tezliklə ailənin üzvünə çevriləcək
Sakura

“Huawei”: 4 robot növü tezliklə ailənin üzvünə çevriləcək

Çinin “Huawei” şirkətinin proqnozuna görə, süni intellekt və “5G” rabitəsinin inkişafı sayəsində 6 il sonra insanların əksəriyyəti robotlarla birgə yaşayacaq. Hər 7 nəfərdən biri ev robotuna malik olacaq.

ICTnews” Elektron Xəbər Xidməti “hightech.plus” saytına istinadən yazır ki, “Huawei” şirkəti "Texnologiyaların gələcəyinə baxış" adlı hesabatını təqdim edib. Mühüm dəyişiklik odur ki, ev robotlarının sahibləri onları öz ailəsinin üzvü kimi qəbul edəcək. “Huawei” bu məqsədlə "geniş ailə" terminindən istifadə edir.

Çin şirkətinin proqnozuna görə, 2025-ci ilədək süni intellektdən istifadə edən 4 robot növü geniş yayılacaq: eşikağası, kompanyon, tibb bacısı və bionika (yəni bədənin ayrı-ayrı hissələrinin əvəzediciləri).

"Biz həyatda, işdə və cəmiyyətdə çox sürətli dəyişikliklərin baş verdiyini görürük, çünki hər bir sahədə süni intellekt, “5G”, bulud hesablamaları və başqa yeni texnologiyalar tətbiq edilir" – “Huawei”nin top-menecerlərindən biri Kevin Can deyib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Filin ürəyinin çəkisi 30kq-dır

Redaktor seçimi

SON XƏBƏRLƏR