Dərc edildi: Baxış sayı: 642
HP Xerox-un 35 milyard dollarlıq təklifini qəbul etmədi
Çap sənayesinin nəhənglərindən olan Xerox Kaliforniyada yerləşən hesablama, kompüter və printer sənayesində möhürünü vuran şirkətlərdən biri Hewlett-Packard-ı (HP) almaqda israrlıdır.
chip.az Türkiyə mətbutına istinadən xəbər verir ki, HP Xerox-un yeni, 35 milyard dollarlıq təklifini rədd edib.
Şirkət əvvəlki satınalma təklifləri rədd edildikdən sonra hissənin birini 22 dollardan 24 dollara qaldırsa da, HP bu təklifi də qəbul etməyib.
HP əvvəllər rəqibi Xerox-un "düşməncəsinə" adlandırdığı təkliflərindən narahat olduğunu dilə gətirib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət