Slimfit
  1. GÜNDƏM

Horadiz məscidində şəhidlərin ruhuna dualar oxunub

Horadiz məscidində şəhidlərin ruhuna dualar oxunub
Sakura

Horadiz məscidində şəhidlərin ruhuna dualar oxunub

Horadiz şəhərindəki Əhli-Beyt məscidində keçirilən mərasimdə 20 Yanvar faciəsi qurbanlarının xatirəsi dərin hüznlə yad olunub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) nümayəndələri və rayonun bir qrup dindarı Horadiz şəhərindəki "Qəhrəmanlar Parkı"nda Azərbaycanın Milli Qəhrəmanlarının xatirəsinə ucaldılmış abidə önünə tər çiçəklər qoyaraq xatirələrini ehtiramla yad ediblər.

Məscidinin imamı Nəriman Nəsirov şəhidlərimizin ruhuna dualar oxuyub. Füzuli Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Qabil Əliyev və DQİDK-nin Ağcabədi bölgəsi üzrə əməkdaşı Mehtixan Zeynalov çıxış edərək 20 Yanvar hadisələrini Azərbaycanın müasir tarixinin ən faciəli, eyni zamanda, qəhrəmanlıq səhifəsi adlandırıblar. Bildirilib ki, Kərbəla şəhidləri İslam tarixində necə önəmlidirsə, 20 Yanvar şəhidləri də müstəqilliyimiz və dövlətçilik tariximiz üçün o qədər önəmlidir.

Sonra şəhidlərin xatirəsinə ehsan süfrəsi açılıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Gəncə 19-cu əsrdə. Nizami küçəsi 4-cü döngədəki evlərdən biri.

Redaktor seçimi

SON XƏBƏRLƏR