“Honor” markalı ilk noutbuk buraxılıb
"Huawei" şirkəti "Honor" brendli ilk noutbuku satışa çıxarıb. "Honor MagicBook" modeli qurğu qapağının 81 faizini əhatə edən 14 düym diaqonallı ekranla təchiz edilib.
Fins.az xəbər verir ki, ekran 1920 х 1080 piksel təsvir ölçüsünə, 178 dərəcə baxış bucağına, 1800:1 nisbətində kontrastlığa və 16:9 tərəflər nisbətinə malikdir. Kompüter qarşısında çox vaxt keçirən istifadəçilərin görmə qabiliyyətinin qorunması və yorğunluğunun azaldılması üçün displey antibakterial örtüklə təchiz olunub və ekran işığının zərərli ultrabənövşəyi spektrini filtrdən keçirir.
Digər versiya isə yeni nəsil dördnüvəli "AMD Ryzen 5 2500U" prosessoru və "Radeon Vega8" qrafik sistemi ilə təchiz edilib ki, bu da 25 Vt (Turbo Boost rejimində 30 Vt) enerji sərfiyyatını təmin edir. 8 giqabayt tutumlu "DDR4-2400" tipli ikikanallı yaddaşın tətbiqi sayəsində oxuma/yazma sürəti 50 faiz artırılıb. Qurğu 12 saatadək təkrar enerji toplamadan işləyir.
"Honor MagicBook" noutbukunun aprelin 25-dən etibarən satışa çıxarılması nəzərdə tutulur.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət