Dərc edildi: Baxış sayı: 792
:0
“Honda” pilotsuz avtomobillərin satışına başlayır
"Honda" avtomobil konserni pilotsuz avtomobillərin satışına başlayacaq.
Azvision.az xarici KİV-ə istinadən xəbər verir ki, üçüncü səviyyəli adlandırılan pilotsuz texnologiyalı avtomobillərin satışına bu il start veriləcək. Üçüncü səviyyə avtomobilin daxilindəki sürücüyə yoldan yayınmaq, oxumaq və televiziyaya baxmaq kimi işlərlə məşğul olmağa imkanı yaradacaq.
Bundan əlavə, yeni “Honda” avtomobili avtopilot rejimində yalnız aşağı sürətlə və ya tıxaclar zamanı yollarda hərəkətdə ola biləcək. Avtomobillərin sınağı ilin ortalarında başa çatacaq və iyul ayında ictimaiyyətə təqdim olunacaq.

Şərhlər
Şərhləri göstər Şərhləri gizlət