Slimfit
  1. DÜNYA

“Honda” haker hücumundan sonra fəaliyyətini bərpa etdi

“Honda” haker hücumundan sonra fəaliyyətini bərpa etdi
Sakura

“Honda” haker hücumundan sonra fəaliyyətini bərpa etdi

“Honda” şirkəti ötən gün üzləşdiyi haker hücumundan sonra əməliyyatlarının “böyük əksəriyyəti”ni bərpa etdiyini bildirib.

Ens.az Report.az-a istinadən xəbər verir ki,şirkətin müştəri xidmətləri və maliyyə əməliyyatları bölmələrinin fəaliyyətində texniki çətinliklər yaranıb.

Bununla bağlı şirkətin Böyük Britaniya, İtaliya, Türkiyə, Hindistan, Şimali Amerikada yerləşən müəssisələrinin fəaliyyəti dayandırılmışdı. Hazırda Ohayoda və Türkiyədəki avtomobil müəssisələrinin, Hindistanda və Braziliyadakı mühərrik müəssisələrinin fəaliyyəti hələlik tam bərpa edilməyib.

Qeyd edək ki, ötən gün şirkətin daxili kompüter şəbəkəsinə “Snake” qəsbkar proqramı vasitəsilə hücüm edilmişdi. Hücum nəticəsində şirkətin saytında onlayn ödəniş funksiyası sıradan çıxarılmışdı. Şirkətdən hakerlər tərəfindən istənilən vəsaitin məbləği, ödəyib-ödəmədikləri, məxfi məlumatların sızdırılıb-sızdırılmadığı açıqlanmayıb.

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Müasir qumbaraatanın prototipi XV əsrdə hazırlanıb.

Redaktor seçimi

SON XƏBƏRLƏR