Slimfit
  1. AVTO VƏ MOTO

“Honda” 31 mindən çox avtomobili geri çağırdı

“Honda” 31 mindən çox avtomobili geri çağırdı
Sakura

Yaponiyanın tanınmış avtomobil brendi olan “Honda” Çin bazarından 31 min 660 avtomobili hava yastıqlarındakı…

Yaponiyanın tanınmış avtomobil brendi olan “Honda” Çin bazarından 31 min 660 avtomobili hava yastıqlarındakı qüsurlara görə geri çağırır.

Axar.az xəbər verir ki, geri çağırılan avtomobillər 2013-2015-ci illərdə istehsal edilən “Ciimo”, “Elysion” və “Spirior” modelləridir. Bildirilir ki, həmin avtomobillərdəki Yaponiyanın “Takata” şirkəti tərəfindən istehsal olunmuş təhlükəsizlik yastıqları düzgün açılmaya və hətta açılarkən avtomobilin ön sırasında əyləşənləri ölümcül yaralaya bilər. Nasaz yastıqlar istehsalçı şirkətin hesabına aradan qaldırılacaq.

Qeyd edək ki, “Takata” təhlükəsizlik yastıqları ucbatından dünyada bir neçə nəfər ölüb və yaralanıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Winston Churchill, " Lawrence" və Əmir Abdullah Qüds. Gizli konfrans və 104 illik xaos

Redaktor seçimi

SON XƏBƏRLƏR