Slimfit
Homer
Sakura

Homer - əfsənəvi qədim yunan şairi

Homer (E.ə. IX əsr – E.ə. VIII əsr) — əfsənəvi qədim yunan şairi. Şəxsiyyəti haqqında məlumat azdır. E.ə. 12-7 əsrlərdə yaşadığı ehtimal edilir. Antik mənbələrdə gəzərgi kor müğənni Homerin real obrazı fantastik uydurmalarla çulğaşır ki, bu da onun haqqında dürüst məlumatın olmadığını göstərir. Homerin vətəni olmaq şərəfi uğrunda 7 şəhər (Smirna, Rodos, Xios, Kolofon, Salamin, Arqos, Afina) mübahisə aparmışlar. Antik dövrdə Homer adı bəzən ümumiləşdirilmiş şəkildə rapsodların ifa etdikləri epik nəğmələrin müəllifi mənasında da işlədilmişdir. Sonralar "İliada" və "Odisseya" epik poemalarının, habelə "Homer himnləri"nin və "Margit" komik poemasının müəllifliyi ona isnad edilmişdir. "İliada" və "Odisseya" Qədim Yunanıstanın sosial münasibətlərini, mənəvi mədəniyyətini öyrənmək baxımından müstəsna əhəmiyyətə malikdir. Homerin şəxsiyyəti və yaradıcılığı ilə bağlı problemlərlə əlaqədar geniş yayılmış və indiyədək həll olunmamış mübahisələr ədəbiyyatşünaslıqda "Homer məsələsi" adı almışdır.

 

Əsərləri

  • Odisseya, Bakı, 1977;
  • İliada, Bakı, 1978

Hər iki əsər Homer tərəfindən e.ə. 8-ci əsrdə yaradılmış, e.ə. 6-cı əsrdə yazıya alınmışdır.

 

 

"İliada" da troya müharibəsi haqqında danışılır.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İlan özünün dili ilə ətraf mühitdən hissəciklər toplayır və onları ağız boşluğuna "analiz etmək" üçün göndərir. Bu prosedur ona qurbanını izləməyə və təhlükəni hiss etməyə kömək edir.

Redaktor seçimi

SON XƏBƏRLƏR